Vilyam Henri Breqq (ing. William Henry Bragg; 2 iyul 1862[2][3][…] – 12 mart 1942[2][4][…], London[8]) — britaniyalı fizik, kimyaçı, riyaziyyatçı və fəal idmançı idi.[10] Breqq 1915-ci ildə oğlu Vilyam Lorens Breqq ilə birlikdə Fizika üzrə Nobel Mükafatını qazanmışdı.[11]
Vilyam Henri Breqq | |
---|---|
William Henry Bragg | |
![]() | |
Doğum adı | William Henry Bragg[7] |
Doğum tarixi | 2 iyul 1862(1862-07-02)[2][3][…] |
Vəfat tarixi | 12 mart 1942(1942-03-12)[2][4][…] (79 yaşında) |
Vəfat yeri |
|
Milliyyəti | Britaniyalı |
Uşaqları | |
Elm sahələri | fizika[1], kristalloqrafiya[1], kimya[1], riyaziyyat[1] |
İş yerləri | |
Təhsili |
|
Tanınmış yetirməsi | Con Berton Klilend |
Tanınır | Rentgen şüası səpələnmə texnikası |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
![]() |
|
![]() |
1885-ci ildə Vilyam Henri Breqq 23 yaşında olarkən Adelaida Universitetinin Riyaziyyat və Tətbiqi Fizika üzrə Tomas Elder Professoru təyin olundu.[12] və 1886-cı ilin əvvəlində orda işləməyə başladı.
Breqq bacarıqlı və mühazirəçi idi.[13][14] Breqq 1907-ci ildə London Kral Cəmiyyətinə seçilmişdi.
Breqq 1908-ci ilin sonunda İngiltərəyə qayıtdı və bir il sonra — 1909-cu ildə Lids Universitetində Fizika üzrə Kavendiş Professoru adına yiyələndi. O, 1912-ci ildə radioaktivlik üzrə vacib elmi işini "Radioaktivlik tədqiqatları"nı tamamladı.
Breqq Rentgen şüası spektrometrini kəşf etdi və oğlu ilə birgə işləməyə başladı. Onlar birlikdə Rentgen şüasının kristalloqrafiyası texnikasını yaratdılar. Bu nailiyyətlərinə görə onlar 1915-ci ildə Fizika üzrə Nobel Mükafatına layiq görüldülər.[11] Həmin il həmçinin onlar "Rentgen şüaları və kristal struktur" kitabını nəşr etdirdilər. Uzun illər bu nəşr dəyişdirilmədi.
1914-cü ildən ata və oğul müharibə gərginliyinə töhfə verdilər; Breqq Aberdorda və Harviçdə sualtı qayığı müəyyən etmə ilə məşğul olurdu və 1918-ci ildə admirallığa məsləhətçi kimi Londona qayıtdı.[13]
Breqq 1915-ci ildə London Universitet Kollecində Fizika üzrə Qvayn professoru təyin olundu.[13]
1923-cü ildən o Kral İnstitunda Kimya üzrə Fulleriyan Professoru idi və həmçinin Davi Faradey Tədqiqat Laboratoriyasının direktoru vəzifəsində çalışırdı.[15] Bu institut Breqqin rəhbərliyi altında 1929–30-cu illərdə yenidən quruldu və çoxlu əhəmiyyətli sənədlər laboratoriyadan dövriyyəyə buraxıldı.[13]