. Love.az

Vilyam Ruto - Wikipedia - Love.az

Ana Səhifə - Vilyam Ruto
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur.
Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023)

Vilyam Ruto (21 dekabr 1966[1], Kamaqut[d], Keniya[1]) — Keniya siyasətçisi, fəalı, 2022-ci ildən Keniya Prezidenti. O, Birləşmiş Demokratik Alyans Partiyasının təsisçisidir.

Vilyam Ruto
ing. William Ruto
Keniya Prezidenti
Vəzifədədir
13 sentyabr 2022-ci ildən
Keniyanın vitse-prezidenti
9 aprel 2013 – 13 sentyabr 2022
Keniyanın təhsil üzrə dövlət katibi
21 aprel – 19 oktyabr 2010
Keniyanın kənd təsərrüfatı naziri
17 aprel 2008 – 21 aprel 2010
Keniyanın daxili işlər naziri
30 avqust – dekabr 2002
Şəxsi məlumatlar
Doğum adı William Kipchirchir Samoei Arap Ruto
Doğum tarixi 21 dekabr 1966(1966-12-21)[1] (58 yaş)
Doğum yeri
  • Kamaqut[d], Keniya[1]
Fəaliyyəti siyasətçi, iş adamı
Uşağı 6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Vilyam Ruto 21 dekabr 1966-cı ildə Keniyanın Kamaqut kəndində anadan olmuşdur. O, yerli ibtidai məktəbi bitirmişdir. Ruto 1980-ci illərin əvvəllərində Nayrobi Universitetində biologiya ixtisası üzrə təhsil almış və aktivizm işləri ilə məşğul olmuşdur.

Vilyam Ruto 1992-ci il seçkilərində Daniel Arap Moinin yenidən seçilməsi üçün kampaniya aparmış, daha sonra Keniya Parlamentinin bəzi üzvlərinin köməkçisi kimi çalışmışdır. O, 1997-ci ildə ilk dəfə Keniya Parlamentinə seçilmişdir. Ruto 2007-ci il prezident seçkilərində Narıncı Hərəkat adından iştirak etməyi planlaşdırırdı. O, partiya praymerizində 368 səslə üçüncü yeri tutmuşdur. Ruto 2012-ci ildən Keniya hökumətində nazir vəzifələrində çalışmışdır.

Vilyam Ruto 2013-cü ilin avqust və oktyabr aylarında, həmçinin 2018-ci ildə vitse-prezident seçilmmişdir.

Vilyam Ruto 2018-ci ildə "İnsan fəaliyyətlərinin sahil ekosistemlərində torpaqdan istifadə və ətraf mühitin keyfiyyətinin dəyişikliyinə təsiri: Qərbi Keniyada Sayva bataqlığının su hövzəsi nümunəsi" adlı dissertasiyasına görə bitki ekologiyası üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Vilyam Ruto 2022-ci il seçkilərində Keniya Prezidenti seçilmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 https://www.africa-confidential.com/whos-who-profile/id/3440/William_Ruto.
  2. ↑ Р. И. А. Новости. "Уильяма Руто объявили победителем президентских выборов в Кении". РИА Новости (rus). 20220815T1925. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-15.

Xarici keçidlər

redaktə
  • Seçkiqabağı sorğu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vilyam_Ruto&oldid=6910062"
LOVE.AZ