. Love.az

Vladivostok Beynelxalq Hava Limani - Wikipedia - Love.az

Ana Səhifə - Vladivostok Beynelxalq Hava Limani

Vladivostok Beynəlxalq Hava Limanı (rus. Международный аэропорт Владивосток) (IATA: VVO, ICAO: UHWW) — Rusiyanın Artyom şəhərinin yaxınlığında yerləşən beynəlxalq hava limanı. Vladivostok şəhərindən 44 km şimalda yerləşir. Kneviçi Hava Limanı olaraqda adlandırılır.

Vladivostok Beynəlxalq Hava Limanı
Xəritə

43°23′57″ şm. e. 132°09′05″ ş. u.HGYO


IATA: VVO – ICAO: UHWW
Məlumat
Hava limanı tipi İctimai
Ölkə
  •  Rusiya
Operator Vladivostok Avia
Qovşaq Aurora, S7 Airlines
Dəniz səviyyəsindən
hündürlüyü
46 ft / 14 m
Xəritə
VVO (Primorsk diyarı)
Nöqtə
VVO
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
06/24 3,191 973 Asfalt
07R/25L 11,483 3,500 Beton
07L/25R 11,483 3,500 Beton
16/34 1,975 602 Asfalt
Vertolyot meydançaları
Nömrə Uzunluq Səth
ft m
H1 59 18 beton
H2 59 18 beton
H3 59 18 beton
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Genişləndirilməsi və müasirləşdirilməsi
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Tarixi

redaktə

Hava limanı 1931-ci ildə Artyom şəhərinin yaxınlığında tikilmişdir. Ticarət uçuşları 1932-ci ilin yayında başlamışdır. İkinci Dünya müharibəsindən sonra 10 il ərzində Po-2 və W-2 təyyarələri aviakimya işlərində və geoloq və meşə-patrul xidmətində balıqlar üçün sahil kəşfiyyatlarında geniş istifadə olunmuşdur. Moskva-Vladivostok marşrutu üzrə sərnişin reysləri 1948-ci ildə İlyushin İL-12-dən istifadə etməklə başlamışdır.

1959-cu ildən 1964-cü ilədək, böyük təyyarələrlə müntəzəm uçuşlara imkan verən obyekt kompleksləri tikilib.

Genişləndirilməsi və müasirləşdirilməsi

redaktə

Hava limanının "B" terminalı 2005–2006-cı illərdə tamamilə yenilənmişdir. Yenilənmiş terminal 19 dekabr 2006-cı ildə açılmışdır. Federal və regional hökumətlər Vladivostok Beynəlxalq Hava Limanını Vladivostokun cənubundakı Russkiy adasında keçiriləcək APEC Russia 2012 sammitindən əvvəl yenidən qurmağı planlaşdırmışdır. 2012-ci ildə 7 milyard rubl dəyərində yeni bir terminal (A) inşa edilmişdir. Bu yeni terminal binasının həcmi ildə 3,5 milyon sərnişin daşıyır.[1] Uçuş-enmə zolağı 07R/25L, 3500 metr səviyyəsində yenidən qurulmuş və genişlənmişdir və bu hər bir təyyarə tipini qəbul etməyə qadirdir.[2]

İstinadlar

redaktə
  1. ↑ "The new terminal Vladivostok airport building is provided a first test flight reception and service". 31 mart 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2015.
  2. ↑ "The information about Runway #1 at Vladivostok's airport". 2016-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2015.

Xarici keçidlər

redaktə
  • vvo.aero/en — rəsmi saytı
  • Spotting in Vladivostok International Airport — YouTube platformasında
  • Vladivostok Avia saytında məlumat
  • World Aero Data saytında UHWW hava limanı üçün məlumat.
  • Airport Vladivostok Aviateka. Handbook  (rus.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vladivostok_Beynəlxalq_Hava_Limanı&oldid=7053649"
LOVE.AZ