. Love.az

Vodno - Wikipedia - Love.az

Ana Səhifə - Vodno

Vodno—(mak. Водноⓘ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb.[2] Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur.

Vodno
mak. Водно
Skopyedən Vodnonun görünüşü.
Skopyedən Vodnonun görünüşü.
Ümumi məlumatlar
Dağ sistemi Dinar dağları.
Dağ silsiləsi Yakupisa
Mütləq hündürlüyü 1135[1]
Yerləşməsi
41°57′55″ şm. e. 21°23′39″ ş. u.HGYO
Ölkə  Şimali Makedoniya
Region
  • Skopye
Vodno xəritədə
Vodno
Vodno
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Bitki və heyvanat aləmi
  • 3 Turizm
  • 4 Şəkillər
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Coğrafiyası

redaktə

Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.[3] Vodnoda mülayim-soyuq iqlim hakimdir. İllik yağıntı miqdarı aylar üzrə kəskin fərqlənir. Yay aylarında minimuma enir. Orta illik temperatura +23 °C-dir. Dağda ən alçaq temperatura 2005-ci ilin yanvarında — 15°, məhz həmən ilin iyulunda isə + 43 °C qeydə alınıb. Vodnoda fərqli hidroqrafik şəbəkə mövcuddur: səth axınları , şəlalələr , bulaqlar , yer altı sular. Bu ərazinin sulari bakteroloji və kimyəvi baxımdan yetərincə təmizdir. Vodno ərazisində yazda, qarın əriməsi zamanı meydana gələn15 m hündürlüyə malik şəlalədə var.

Bitki və heyvanat aləmi

redaktə

Vodno dağında həmişəyaşıl və yarpağını tökən bitkilər yayılıb. Enliyarpaq ağac növlərindən şabalıdı, palıdı, cökəni misal göstərmək olar. Hımişəyaşıl ağaclardan şam dağın hər ətəyində geniş yayılıb. Bundan başqa ərazidə ardıc və şümşad ağacıda üstünlük təşkil edir. Heyvanat aləmidə yetərincə zəngindir:

  • Qaban, canavar, maral, kəklik , dovşan, tülkü , dələ , ilan və s.

Turizm

redaktə

Bölgədə turizmin inkişafına aşağıdakı amillər təsir edir:

  • Rekreasiya ehtiyatları.
  • Tarixi abidələr.
  • Müasir infrastruktura.

Şəkillər

redaktə
  •  
    Vodnoya gedən dağ çığırı.
  •  
    Vodno dağlarının görünüşü.
  •  
    Kanat yolundan Skopyenin görünüşü
  •  
    Krstovar zirvəsi.
  •  
    Millenium Xaçı.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. ↑ "Geo Names". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-05.
  2. ↑ "Millennium Cross". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-05.
  3. ↑ Peakery.com [ölü keçid]

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vodno&oldid=7610230"
LOVE.AZ