. Love.az

Volter Gilbert - Wikipedia - Love.az

Ana Səhifə - Volter Gilbert

Volter Gilbert(ing. Walter Gilbert; doğ. 21 mart 1932, Boston, ABŞ) — amerika fiziki, biokimyaçısı.

Volter Gilbert
ing. Walter Gilbert
Doğum tarixi 21 mart 1932(1932-03-21)[1][2][…] (93 yaş)
Doğum yeri
  • Boston, Saffolk dairəsi[d], Massaçusets, ABŞ
Elm sahələri biokimya, fizika
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
İş yerləri
  • Harvard Universiteti,
  • Kembric Universiteti
Təhsili
  • Harvard Universiteti,
  • Triniti Kolleci,
  • Kembric Universiteti[3]
Elmi rəhbəri Əbdus Salam
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • ABŞ Milli Elmlər Akademiyası[4],
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları American Institute of Chemists Gold Medal (Amerika Birləşmiş Ştatları) — 2008 Kimya üzrə "Nobel" mükafatı (İsveç) — 1980
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Amerika biokimyaçısı Volter Hilbert 1932-ci ilin martın 21-də Bostonda anadan olmuşdur. 1953-cü ildə Harvard universitetini bitirmişdir. 1953-1957-ci illərdə İngiltərədə Kembric universitetində işləmişdir (1957-ci ildə müdafiə edərək fəlsəfə doktoru olmuşdur). 1957-ci ildə Harvard universitetində işləyir (1968-ci ildən professor).

Volter Gilbertin elmi işləri biokimyaya və molekulyar biologiyaya aiddir. Laktoz geninin (operon) aktivliyini idarə edən birinci tənzimləyici zülalın ayrılması, zülalların və DNT-nin spesifik qarşılıqlı təsir mexanizminin öyrənilməsi, bir sıra DNT-lərin birinci quruluşlarının müəyyən edilməsi, insulin sələfi genin klonlaşması və bu zülalın bakterial hüceyrədə sintezi üzrə əsas tədqiqatları həyata keçirmişdir. A. Mekşem ilə birlikdə 1973-cü ildə dezoksiribonukleazanın köməyi ilə bağırsaq çöpləri DNT-sini parçalamış və müəyyən sahəni (lak-operator) ayırmışdır. Bu, ikizəncirli fraqment olub əsasların 25 komplementar cütlərindən ibarətdir.

Volter Gilbert 1977-ci ildə A. Mekşem ilə birlikdə DNT-nin birli strukturunun açılmasının uğurlu üsullarından birini təklif etmişdir.

Volter Gilbert 1980-ci ildə “Nuklein turşularının birinci quruluşunun müəyyən edilməsi sahəsində tədqiqatlara görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

İstinadlar

redaktə
  1. ↑ Walter Gilbert // Encyclopædia Britannica (ing.).
  2. ↑ Walter Gilbert // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ Mathematics Genealogy Project (ing.). 1997.
  4. ↑ NNDB (ing.). 2002.

Həmçinin bax

redaktə
  • Nobel mükafatı

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Volter_Gilbert&oldid=6544284"
LOVE.AZ