. Love.az

Vulkanik Suse - Wikipedia - Love.az

Ana Səhifə - Vulkanik Suse

Vulkanik şüşə və ya vulkan şüşəsi (İng. Volcanic glass) – tez soyuma nəticəsində kristallama bilməyən soyumuş maqmatik ərintidir. O adətən effuziv süхurların tərkibinə daxil olur, bəzən isə bütövlüklə onu təşkil edir. O amorfdur, izotropdur. Rəngi qara, boz, qonurdur. Şlifdə rəngsiz, yaşılımtıl, qonurdur. Rəngi dəmirin oksidləşmə dərəcəsindən asılıdır. Vulkanik şüşənin tərkibi haqqında silisiumun miqdarı azaldıqca artan sıxlığı və sınma əmsalı ilə mülahizə yürütmək olar. Orta və əsəsi tərkibli vulkanik şüşələrin dəyişməsi nəticəsində onlar əksər hallarda хloritlə əvəz olunur, turş şüşələr isə kvarsın submikroskopik dənələrinə və çöl şpatlarına çevrilir. Onlar isə öz növbəsində pelit hissəciklərinə və serisitə çevrilir[1].

Petroqrafik mikroskop altında vulkan şüşəsinin qum qənələri

Vulkanik şüşəyə əsasən tərkibində yüksək miqdarda silisium oksidi toplanmış obsidian və riolitik şüşə daxildir.

Vulkanik şüşə Sınma əmsalı Sıxlıq
Riolit 1,492 (1,48–1,51) 2,37 (2,33–2,41)
Pexşteyn 1,500 (1,492–1,506) 2,34 (2,32–2,37)
Dasit 1,511 (1,504–1,529) 2,50 (2,45–2,55)
Traxit 1,512 (1,488–1,527) 2,45 (2,43–2,47)
Andezit 1,512 (1,489–1,529) 2,47 (2,40–2,57)
Leysit-tefrit 1,550 (1,525–1,580) 2,55 (2,52–2,58)
Bazalt 1,575 (1,506–1,612) 2,77 (2,70–2,85)

Vulkanik şüşələrin sınma əmsalları və sıxlığı (V. E. Tregerə görə)

İstinadlar

redaktə
  1. ↑ V. M. Babazadə, M. N. Məmmədov, N. Ə. İmamverdiyev. Petroqrafiya. Bakı-2007
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vulkanik_şüşə&oldid=7966966"
LOVE.AZ