"Weekly Shōnen Champion" (週刊少年チャンピオン, Şukan Şonen Çampion?) – "Akita Shoten" nəşriyyatı tərəfindən nəşr olunan həftəlik şonen manqası jurnalı.
Weekly Shōnen Champion | |
---|---|
![]() | |
![]() Jurnalın 50 illiyi münasibətilə nəşr olunmuş buraxılış. | |
Növ | şonen manqası |
Dövrilik | həftəlik |
Təsis tarixi | 1969 |
İlk buraxılışı | 15 iyul 1969 (1969-07-15) |
Şirkət | Akita Shoten |
Ölkə |
![]() |
Dil | yaponca |
akitashoten.co.jp/magazine/w-champion |
"Weekly Shōnen Champion" jurnalı 15 iyul 1969-cu ildən nəşr olunur. Nəşr olunduğu ilk il ərzində jurnalın sayları iki aydan bir çıxırdı. 1970-ci ildə həftəlik jurnala çevrilmişdir.[1]
5 oktyabr 2023-cü ildə "Champion Buzz" adlı rəqəmsal əlavəsi yayımlanmağa başlamışdır.[1] 2019-cu ildə jurnal "Apollo 11" missiyasının Aya enişinin 50 illiyini qeyd etmək üçün Bazz Oldrinin təsviri olan xüsusi buraxılış nəşr etdirmişdir. Belə ki, jurnal bu hadisədən 5 gün əvvəl yaradılmışdı.[2]
Jurnalda nəşr olunan manqalara "Black Jack"[3] (1973), "Yowamushi Pedal"[4] (2008), "Mitsudomoe"[5] (2012), "Magical Girl Site"[6] (2013), "Beastars"[7] (2016), "The Dangers in My Heart"[8] (2018), "Sanda"[9] (2021) kimi seriyalar daxildir.