. Love.az

Xirdacicekli Sam - Wikipedia - Love.az

Ana Səhifə - Xirdacicekli Sam

Xırdaçiçəkli şam (lat. Pinus parviflora) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Xırdaçiçəkli şam
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Xırdaçiçəkli şam
Beynəlxalq elmi adı
  • Pinus parviflora Siebold & Zucc., 1842
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  822563
NCBI  71644
EOL  1061781

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Sinonimləri
    • 4.1 Homotipik sinonimləri
  • 5 Yarımnövləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Arealı

redaktə

Yaponiyanın dağ rayonlarında dəniz səviyyəsindən 2500 m hündürlüyə qədər olan ərazilərdə və Koreya sahillərində Utserye yarımadasında bitir.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 15–20 m-ə çatan ağacdır. Gövdəsi çox vaxt bünövrədən budaqlanır. Çətiri cavanlıqda ensiz-konusvarı olub, yaşlandıqdan sonra enli-konusvarı, şaxəlidir. Qabığı hamardır, yaşlandıqda nazik qabıqlarla çıxır. Cavan zoğlarında qabıqların qalınlığı təxminən 3 mm-dir, yaşıl və ya yaşılımtıl qonur olub, ağımtıl, qıvrım tükcüklərlə örtülür. Yaşlı zoğları açıq-boz rənglidir, çılpaqdır. Uc tumurcuqların uzunluğu 4–7 mm, eni 2,5–3 mm, yumurtavarı-silindrikdir, qatranlı deyil, qırmızı və ya tünd qonurdur, kənarları açıq saçaqlıdır. İynəyarpaqları dəstələrdə 5 ədəd olmaqla toplanır, 3 hissəlidir, uzunluğu 3-6 sm, eni 0,1-0,15 sm, yumşaqdır, tünd yaşıldır, ucu kütdür, kənarları seyrək dişlidir (1 sm kənarında 12-14 diş), zoğların uclarında yığılır, aşağı əyilir. Qozaların uzunluğu 5-10 sm, qalınlığı 3-4 sm, yumurtavarı və ya qısa silindrik, apofizləri ucunda enli-yumru, qabarıq, içəri qatlanmış, bir az bilinən göbəklidir tək və ya bir neçəsi bir yerdədir, yuxarı istiqamətlənir və ya horizontal olur, qatranlıdır, budaqlarda 6-7 il qalır. Toxumların uzunluğu 10 mm-ə qədər, uzunsov-yumurtavarı, qaramtıl, qısa qanadlıdır. Dekorativdir, -30 0 C şaxtalara dözür. Şamın bu növü 2008-ci ildən Bakı şəhərinin yaşıllaşdırılmasında geniş istifadə olunur. Cırtdan forması "Arnold Arboretum Dwarf" sütunvari çətiri ilə fərqlənir. "Cleary" formasının 10 yaşında hündürlüyü 0,9-1,8 m-ə çatır. Cırtdan piramidal formanın "Tempelhof" mavi-yaşıl iynəyarpaqları vardır. Boz-mavi yumşaq iynəyarpaqları olan "Negishi" forması da vardır. Bu formaların hamısı rütubətli, yaxşı drenajlı torpaqlara üstünlük verir, işıqsevəndir, duzlaşmaya və qaza davamlıdır.

Azərbaycanda yayılması

redaktə

Abşeronda yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Pinus cembra var. japonica J.Nelson
  • Strobus parviflora (Siebold & Zucc.) Moldenke

Yarımnövləri

redaktə
  • Pinus parviflora var. parviflora
  • Pinus parviflora var. pentaphylla (Mayr) A.Henry

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xırdaçiçəkli_şam&oldid=8117554"
LOVE.AZ