. Love.az

Xetibzade Yehya Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Xetibzade Yehya Pasa

Xətibzadə Yəhya Paşa (ö. avqust 1755) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Xətibzadə Yəhya Paşa
osman. خطيب زاده يحيى پاشا
Misir bəylərbəyi
ƏvvəlkiƏli Paşa
SonrakıMehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi avqust 1755
Fəaliyyəti hərbi qulluqçu
Atası Xətib Mustafa Əfəndi
Həyat yoldaşı Saliha Sultan
Uşaqları Əli bəy
Əminə xanım Sultan
Ayşə xanım Sultan
Rütbəsi Admiral

Atası Əyyubsultan məscidinin xətibi Mustafa Əfəndidir (ö. 1728). Həkimoğlu Əli Paşanın xidmətinə girərək, həm kəndxudası, həm də kürəkəni oldu. Onun ilk sədarəti dönəmində 1732-ci ilin mayında sədarət naibi oldu və 1733-cü ilin yanvarında baş miraxur, 1734-cü ildə vəzirliklə İrəvan, 1735-ci ilin iyulunda Trabzon, 1736-cı ilin mayında Özi valisi oldu.

1737-ci ilin mayında şərq cəbhəsindəki döyüşlərin birində əsir düşmüş, 1740-cı ildə bağlanan atəşkəslə azadlığa buraxılmışdır. 1741-ci ilin martında Bursa valisi, həmin ilin mayında Misir bəylərbəyi, 1743-cü ilin mayında kaptan-ı dərya, həmin ilin noyabrında Belqrad mühafizəsi ilə vəzifələndirildi. 1744-cü ilin dekabrında Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı.

1746-cı ilin avqustunda Rumeli, 1748-ci ildə Aydın, həmin ilin noyabrında Mosul, dekabrında isə Rumeli və Diyarbəkir, 1749-cu ildə Anadolu, 1753-cü ildə Vidin, 1754-cü ilin sentyabrın yenidən Rumeli, 1755-ci ilin iyulunda Yanya valisi oldu. Son vəzifəsində ikən 1755-ci ilin avqustunda vəfat etdi.

İlk evliliyindən Əli bəy adlı oğlunun, Saliha Sultanla olan evliliyindən isə 2 qızının olduğu bilinir. Qardaşı İbrahim bəyi isə ögey qızı Fatma xanım Sultanla evləndirmişdir.

Övladları

redaktə
  • Əli bəy
  • Əminə xanım Sultan (1750-12 may 1823) — İsmayıl Zühdü Paşa ilə evləndiyi, Əyyubsultanda dəfn olunduğu bilinir.
  • Ayşə xanım Sultan (1751-1754) — Əyyubsultanda dəfn olunduğu bilinir.

Mənbə

redaktə
  • Sicill-i Osmani V cild, səh. 303

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xətibzadə_Yəhya_Paşa&oldid=7675286"
LOVE.AZ