. Love.az

Xezer Comcexulu - Wikipedia - Love.az

Ana Səhifə - Xezer Comcexulu

Xəzər çömçəxulu (lat. Benthophilus macrocephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.

Xəzər çömçəxulu
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Dəstə:
Xulkimilər
Fəsilə:
Xullar
Cins:
Çömçəxul
Növ:
Xəzər çömçəxulu
Beynəlxalq elmi adı
  • Benthophilus macrocephalus Pall., 1787[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  637032
EOL  207520

Mündəricat

  • 1 Yayılması
  • 2 Morfoloji əlamətləri
  • 3 Yaşayış yeri və həyat tərzi
  • 4 Çoxalması
  • 5 Təsərrüfat əhəmiyyəti
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Yayılması

redaktə

Xəzər dənizində sahil boyu şimaldan cənuba qədər yayılmışdır. Yalamadan Sumqayıta və Nordost qoltuğundan Lənkəranın cənub hissəsinə qədər azsaylıdır. Abşeron və Astara yaxınlığında qeydə alınmamışdır.

Morfoloji əlamətləri

redaktə

D III-IV,I 7-8 (9) ,A I (6) 7-8-dir.Bel sırasında 23-25 ziyil olur. Uzunluğu 116 mm-ə qədər olur.Bədəni gödəlmiş, güclü şəkildə enlənmişdir. Başı və bədənin ön hissəsi basıqdır. Gözlərin arasında novşəkilli çökək yoxdur. Bel çıxıntıları sırası başın üst hissəsinə qədər uzanır. Bədənində iri xallar yoxdur. Qarın tərəfi çılpaqdır.

Yaşayış yeri və həyat tərzi

redaktə

Xəzərin endemik balıqlarındandır. Xəzər dənizində çömçə xulların 18 növü qeydə alınmışdır. Dənizin hər yerində yayılmışlar. Xərçənglərin və suitilərin qidasını təşkil edirlər.

Çoxalması

redaktə

Bir yaşında cinsi yetişkənliyə çatır.Kürüsünü hissə ilə tökür. May-iyun aylarında Orta və Cənubi Xəzərin qərb sahillərində kürü tökür. Dişi çömçəxulun verdiyi kürünün miqdarı 794 - 3536 ədəd olur. Sürfələr dibdə böyüyür.

Təsərrüfat əhəmiyyəti

redaktə

Vətəgə əhəmiyyəti yoxdur[2].

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
  2. ↑ Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh78.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xəzər_çömçəxulu&oldid=6825174"
LOVE.AZ