Xəzər Allahverdi oğlu Hüseynov (10 avqust 1973, Yuxarı Uzunoba, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri.[1]
Xəzər Hüseynov | |
---|---|
Hüseynov Xəzər Allahverdi oğlu | |
![]() | |
Doğum tarixi | 10 avqust 1973(1973-08-10) (51 yaş) |
Doğum yeri | Yuxarı Uzunoba, Babək rayonu, Naxçıvan MR, Azərbaycan |
Elm sahəsi | Tarix |
Elmi dərəcəsi | Tarix elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | |
Təhsili | |
xezerhuseynov.com |
Xəzər Hüseynov 10 avqust 1973-cü ildə Naxçıvan MR Babək rayonunun Yuxarı Uzunoba kəndində ziyalı ailəsində anadan olmuşdur. 1990-1995-ci illərdə NDU-nun Tarix-Filologiya fakültəsinin tarix əlavə hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1995-1997-ci illərdə hərbi xidmətdə olub.
1997-ci ildən 2001-ci ilə qədər NDU-da Azərbaycan tarixi kabinəsinin müdiri işləyib. 2001-ci ildən NDU-da Azərbaycan tarixi kafedrasının müəllimi, 2007-ci ildən isə həmin kafedranın baş müəllimi işləyib. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2011-ci ildə dosent elmi adını alıb. 2016-2021-ci illərdə YAP Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədr müavini vəzifəsində çalışıb.
Xəzər Allahverdi oğlu Hüseynov 25 noyabr 2017-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.211 Dissertasiya Şurasında "Vətən tarixi" ixtisası üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 18 may 2018-ci il tarixdə Xəzər Allahverdi oğlu Hüseynova tarix elmləri doktoru elmi dərəcəsi verib.
25 yanvar 2019-cu ildə Xəzər Allahverdi oğlu Hüseynov Naxçıvan Dövlət Universitetində "İlin alimi" fəxri adına layiq görülmüşdür.
Xəzər Hüseynov 27 mart 2023-cü il tarixindən Naxçıvan Dövlət Universitetində Azərbaycan tarixi kafedrasının müdiridir.
Hüseynov Xəzər Allahverdi oğluna Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətininin 20 dekabr 2024-cü il tarixli qərarı ilə professor elmi adı verilmişdir.
Tarix elmləri doktoru, professor Xəzər Hüseynov 89 elmi məqalənin, 4 dərs vəsaitinin, 2 monoqrafiyanın, 1 metodiki vəsaitin, 2 fənn proqramının müəllifidir.
1997-ci ildən 2001-ci ilə qədər NDU-da Azərbaycan tarixi kabinəsinin müdiri.
2001-ci ildən NDU-da Azərbaycan tarixi kafedrasının müəllimi.
2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2007-ci ildən NDU-da Azərbaycan tarixi kafedrasının baş müəllimi.
2011-ci ildən dosent.
2017-ci ildə doktorluq dissertasiyasını müdafiə edib tarix elmləri doktorudur.
27 mart 2023-cü il tarixindən NDU-da Azərbaycan tarixi kafedrasının müdiridir.
20 dekabr 2024-cü il tarixdən professordur.