. Love.az

Xezri Kulek - Wikipedia - Love.az

Ana Səhifə - Xezri Kulek
Bu adın digər istifadə formaları üçün bax: Xəzri.

Xəzri və ya Bakı nordu – Abşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi.[1]

Mündəricat

  • 1 Xarakteristikası
  • 2 Həmçinin bax
  • 3 Xarici keçid
  • 4 İstinadlar

Xarakteristikası

redaktə

Xəzri küləyinin sürəti adətən 10 m/san-dən çox olur, bəzən 29 m/san-dən də çox ola bilər[2]. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır.

Qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10–11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. Xəzri havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. Xəzri zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və tüstüdən təmizlənir. Xəzri böyük külək enerjisinə malikdir.[3]

Həmçinin bax

redaktə
  • Külək
  • Gilavar

Xarici keçid

redaktə

KÜLƏKLƏR

İstinadlar

redaktə
  1. ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008
  2. ↑ Azərbaycan Sovet Ensiklopediyası. X Cild (F,X,H,C,Ç,Ş) (az.). Bakı. 1987. səh. 69.
  3. ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xəzri_(külək)&oldid=7997499"
LOVE.AZ