. Love.az

Xain Ehmed Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Xain Ehmed Pasa

Xain Əhməd Paşa (Gürcüstan – 1524, Misir əyaləti) — Sultan Süleyman Qanuni dönəmi vəzirlərindəndir.[1]

Xain Əhməd Paşa
Misir bəylərbəyi
ƏvvəlkiGözəlcə Qasım Paşa
SonrakıParqalı İbrahim Paşa
Şəxsi məlumatlar
Doğum yeri
  • Gürcüstan
Vəfat tarixi mart 1524
Vəfat yeri Misir əyaləti, Osmanlı imperiyası
Vəfat səbəbi başın kəsilməsi
Təhsili
  • Əndərun
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər
  • Belqradın fəthi,
  • Rodosun fəthi

Həyatı

redaktə

I Səlim dönəmində saraya alınmış, təhsilini bitirdikdən sonra miraxur rütbəsi almışdır. 1516-1517-ci illərdə Məmlüklərə qarşı çıxılan səfərlərdə iştirak etmiş, 1519-cu ildə Rumeli bəylərbəyliyinə yüksəldi. Ardından Sultan Süleyman Qanuni ilə birlikdə Belqrad səfərinə qatılmış, Böyürdələn qalasının alınmasında (8 iyul 1521) önəmli rol oynamışdır. Belqrad səfərindəki uğurları səbəbilə vəzirlik rütbəsilə mükafatlandırıldı. Rodos səfərinə əvvəlcə üçüncü vəzir olaraq qatılmış, ancaq səfər əsnasında səfərin sərdarı olaraq təyin olunmuşdur. Yunanca bildiyi üçün Rodos cəngavərləri ilə birbaşa danışıqlara girmiş, təslim olma şərtlərini müzakirə etmişdir.

Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə çıxmış və onun sədarətdən alınmasında mühüm rol oynamışdır. Ancaq saray qanunlarına uyğun olmayaraq bu vəzifəyə İbrahim ağa gətirilmiş, bunun ardından öz istəyilə Misir hakimi təyin olunmuşdur (19 avqust 1523).

İstinadlar

redaktə
  1. ↑ http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=020113

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xain_Əhməd_Paşa&oldid=6906949"
LOVE.AZ