. Love.az

Xalide Hasilova - Wikipedia - Love.az

Ana Səhifə - Xalide Hasilova

Xalidə Məmməd qızı Hasilova (19 aprel 1920, Zaqatala, AXC – 5 dekabr 1996, Bakı) — Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi.

Xalidə Hasilova
Xalidə Məmməd qızı Hasilova
Doğum tarixi 19 aprel 1920(1920-04-19)
Doğum yeri
  • Zaqatala, Zaqatala quberniyası, AXC, Azərbaycan
Vəfat tarixi 5 dekabr 1996(1996-12-05) (76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Sankt-Peterburq Dövlət Universiteti
Fəaliyyəti şair
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar mədəniyyət işçisi

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Yaradıcılığı
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru[1] kimi çalışmışdır.

Mükafatları

redaktə
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18.05.1972[1]
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979[2]
  • Qırmızı Əmək Bayrağı ordeni — 18.04.1980[3]

Yaradıcılığı

redaktə

Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir. N.Nosovanın "Şən ailə" (1951), N.Tixonovun "İgid partizan" (1955), İlda Pereranın "Zənci balası Atolo" (1965), Ə.Nesinin "İndiki uşaqlar möcüzədir" (1972), Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" (1992) və b. kitabları bu qəbildəndir. Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır. Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında" "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı Arxivləşdirilib 16 yanvar 2020 at the Wayback Machine — anl.az saytı
  2. ↑ Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
  3. ↑ Azərbaycan yazıçısı, «Azərbaycan qadını» jurnalının baş redaktoru X.M.Hasilova yoldaşın Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 aprel 1980-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı

Xarici keçidlər

redaktə
  • Xalidə Hasilova Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xalidə_Hasilova&oldid=7819008"
LOVE.AZ