. Love.az

Xamis Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Xamis Memmedov

Xamis Məmmədov — qaydasız döyüş üzrə dünya çempionu, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi.

Xamis Məmmədov
Ümumi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 24 iyun 1984
Doğum yeri Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 27 yanvar 2019 (34 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Stili Qaydasız döyüş
Nəticələri
Döyüş 16
Qələbə 13
Məğlubiyyət 3

Mündəricat

  • 1 Həyat və fəalliyəti
    • 1.1 Maraqlı faktlar
    • 1.2 Ölümü
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Həyat və fəalliyəti

redaktə

Xamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb.[1]

Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış Xamis Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.

Maraqlı faktlar

redaktə

Xamis Məmmədovun 2007-ci ildə döyüş sambosu üzrə açıq Dağıstan çempionatında Həbib Nurmaqomedov üzərindən tam qələbə qazanmışdır.

Ölümü

redaktə

Məşhur azərbaycanlı idmançı, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov 27 yanvar 2019-cu ildə vəfat edib. Gənclər və İdman Nazirliyi onun bir müddət əvvəl qripə yoluxduğunu və bu xəstəliyin şiddələnməsi səbəbindən öldüyünü açıqlayıb.[2]

İstinadlar

redaktə
  1. ↑ Xamis Məmmədov
  2. ↑ "Azərbaycanlı dünya çempionu qripdən dünyasını dəyişdi". 2019-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.

Xarici keçidlər

redaktə
  • Xamis Memmedov (Qaydasiz doyush)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xamis_Məmmədov&oldid=8052768"
LOVE.AZ