Xanəgah məscidi — Azərbaycanın Quba rayonunun Xanəgah kəndində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid XIX əsrdə tikilib.
Xanəgah məscidi | |
---|---|
![]() | |
![]() | |
41°13′11″ şm. e. 48°32′47″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Yerləşir | Xanəgah, Quba |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 4660 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
![]() |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Xanəgah məscidi Quba rayonunun Xanəgah kəndində XIX əsrdə tikilib.[1] İnşaasında yerli qəlpəli pud daşlardan və əhəng məhlulundan, bəzi yerlərdə isə bişmiş kərpicdən və adi pud daşlardan istifadə edilib.[2] Divarlarının qalınlığı 60–80 sm. arasında dəyişir. Məscidin tavanın tikintisində taxtadan istifadə edilib, üzəri isə kirəmitlə örtülmüşdü. Məscidin minarəsi tavanın mərkəzi hissəsində yerləşib.[2]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[3] Xanəgah məscidi də bağlanıb, binadan anbar kimi istifadə olunub.[4][5] Məscidin minbəri dağıdılıb, içərisindəki kitablar və bəzi sənədlər məhv edilib.[5]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6][7] Məscidin binası uzun müddət təmir olunmadığı və istifadəsiz qaldığı üçün dağıntılara məruz qalıb. Damı və divarları uçub.[8][9][10]