Bu məqalə Azərbaycan dilinə uyğun yazılmayıb, və ya düzgün tərcümə edilməyib. Məqalədə cümlə quruluşlarındakı yanlışlıqları və orfoqrafik səhvləri düzəltdikdən sonra {{Azərbaycanca deyil}} şablonunu silməyi unutmayın. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Qacar şahzadəsi Xanbaba Xan Bəhmən mirzə oğlu Qovanlı-Qacar (19 sentyabr 1848 və ya 3 mart 1849, Təbriz – 9 noyabr 1926, Tiflis) — Rusiya İmperator Ordusunun hərbi xadimi, polkovnik (1907), Qacarlar xanıdanlıq ailəsinin üzvü, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin iştirakçısı, görkəmli Azərbaycan yazıçı-maarifçisi Mirzə Fətəli Axundovun qızları — Sehra-begim Axundovanın və Nisə xanım Axundovanın əri,[1] Rusiya İmperator Ordusunun polkovniki Mənsur Mirzə Qacarın,[1] Rusiya İmperatorluğunun polkovnik-leytenantı və Azərbaycan Ordusunun polkovniki Xosrov-Mirzə Qacarın[1] və Azərbaycan Dövlət Bankının komissarı Bəhmən Mirzə Qacarın atası.[1]
Xanbaba xan Qacar | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 sentyabr 1848(1848-09-19) və ya 3 mart 1849(1849-03-03) |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 1926(1926-11-09) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Bəhmən mirzə Qovanlı-Qacar |
Hərbi fəaliyyəti | |
Qoşun növü | süvari |
Rütbəsi | polkovnik |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Xanbaba Xan Qacar Təbrizdə Azərbaycanın keçmiş general-qubernatoru Bəhmən Mirzə Qacarın[1] ailəsində üçüncü həyat yoldaşı Mələk Cahan xanım Məmməd Quli Xan qızından[1] doğulub.
Xanbaba Xan Qacarın dəqiq doğum tarixi məlum deyil. Birinci xidmət kitabçasına görə o, 19.09.1848-ci il, ikinci xidmət kitabçasına görə isə 03.03.1849-cu il tarixində anadan olub. Sonuncu tarix Zaqafqaziya Şiələrinin Ruhani İdarəsi tərəfindən verilmiş 18.12.1897-ci il tarixli 2263 nömrəli "Doğum haqqında" Şəhadətnamədə göstərilən tarixə təsadüf edir.[1]
19 fevral 1869-cu il tarixli İmperator Sərəncamı ilə Qacar şahzadəsi Xanbaba Xan Qacar Ordusunun süvari bölmələrində kornet kimi xidmətə başladı və həmin il fevralın 19-da Qafqaz Qrdusuna təyin edilib.[1]
02.11.1869-cu il tarixində o, İmperator Əlahəzrət Böyük Knyaz Mixail Nikolayeviçin Qafqaz Qrenadlı Atıcı Batalyonuna ezam edilib.[1]
30.08.1873-cü il tarixində fərqləndiyi xidmətə görə ona leytenant rütbəsi verilib. 25.10.1877-ci il tarixində Xanbaba Xan Qacar İmperator Əlahəzrət Böyük Knyaz Nikolay Nikolayeviç 15-ci Tver Dragoon Alayına köçürüldü.
15.11.1873-cü il tarixində o Alaya gəlib, 14.03.1879-cu il tarixində o, 01.01.1879-cu il tarixdən qüvvəyə minmə şərti ilə qərargah kapitanı rütbəsinəlayiq görülüb.[1]
1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində iştirak edib. 1877-ci il aprelin 12-dən avqustun 1-dək o, Pririon (Batum) diyarındakı yürüşdə iştirak edib və burada aşağıdakı döyüşlərdə olub:[1]
06.08.1877 - 17.11.1877-ci il tarixlərində Xanbaba Xan Qacar Rusiya-Türkiyə sərhədində fəal korpusun tərkibində aşağıdakı döyüşlərdə iştirak edib:[1]
Müharibələr boyu o, yaralanmayiib və ya kontuziya almayıb.[1] Xanbaba Xan Qacarın qudası və Mirzə Fətəli Axundovun oğlu Rəşid-bəy Axundov Brüsseldən göndərdiyi məktublarda kürəkəninin taleyi ilə maraqlanaraq yazıb:[2]
Xan və müharibə barədə yazın görək ruslar yaxşımı döyüşür? Bu yaxınlarda knyaz Rzaqulu tərəfindən nəql edilən lətifə dərc olunmuşdu ki, Qacar ordusu və hökümətinin vəziyyəti pisdir. Məyər knyaz Qafqazdadır?28 avust 1877, Brüssel
Başqa bir məktubda Rəşid bəy müharibə və Xanbaba Xanın taleyi ilə bağlı narahatlığını bu cür bildirib:[2]
Müharibədə nə yenilik var? Güman edirəm Xanın başına heç nə gəlməyib, gəlməyəcək də.13 avqust 1877, Brüssel
30.06.1880-ci il tarixində Xanbaba Xan Qacar Alay məhkəməsinin üzvü təyin edilib. O, 1880-ci il iyulun 14-dən avqustun 20-dək alayın 3-cü eskadronuna komandirlik edib. 11 noyabr 1881-ci ildə o, hədəf atıcılığı yarışmasında iştirak edib, nəticədə 74 rubl mükafata layiq görülüb [1] .
1886-cı il martın 16-da tərtib edilmiş “Qafqaz Hərbi Dairəsinin qoşunlarında xidmət edən Qacar şahzadələrinin siyahısı və attestasiyası” sənədində 43-cü Tver Draqun Alayının Qərargah kapitanı (rotmistr) Şahzadə Xanbaba Xan Qacar aşağıdakı kimi xarakterizə olunurdu :[1]
Xidməti münasibətlərdə icra intizamına lazımınca riayət edir, əla atıcıdır; onun "xüsusi kavalleriya işi"ndə dövlət mükafatları yoxdur; mənəviyyat qaydalarına ciddi riayət edir.
11.11.1885 - 20.05.1886-cı il tarixlərdə Alay Məhkəməsinin üzvü olub.[1]
06.11.1886 - 23.03.1887-ci il tarixlərində Tver Draqun Alayının 1-ci eskadronuna komandirlik edib.[1]
19 oktyabr 1888-ci ildə Tsarskie Kolodtsy traktında zabitlər arasında yarış atışmada 70 rubl mükafat qazanıb. 04.08.1890-cı il tarixində Qafqaz Süvari Diviziyasının komandiri tərəfindən təşkil edilən yarış atışmada o, 74 rubl mükafat alıb.[1]
26.01.1891-ci il tarixində Süvari Zabit Məktəbinə göndərilib.
02.02.1891-ci il tarixində o, kapitan rütbəsinə yüksəlib.
12.02.1891-ci il tarixində o, Süvari Zabit Məktəbinin dəyişkən heyətinə yazılıb.
18.05.1891-ci il tarixində o, tüfənglə atıcılıq yarışlarında şərtləri yerinə yetirərək ikinci dəfə imperator mükafatına layiq görülüb.
10.08.1892-ci il tarixində o, Süvari Zabit Məktəbinin eskadron komandirləri və yüzbaşı şöbəsində tədris kursunu “uğurla başa vurub", yenidən Alaya göndərilib və avqustun 20-də Alaya geri gəlib.[1]
21.08.1892-ci ildə zabitlər arasında keçirilən atıcılıq yarışında o, 74 rubl məbləğində birinci mükafatı qazanıb.
23.09.1892 - 17.04.1893-cü il tarixləri arasında vəzifədə təsdiq olunmaqla, Alayın 6-cı eskadronunun komandiri olub.
24.12.1892 - 05.08.1893-cü il tarixlərində Alay Məhkəməsinin üzvü olub.
26.07.1894-cü ildə Tsarskie Kolodsı rayonunda keçirilən atıcılıq yarışında mükafat qazanıb.
1894-cü il sentyabrın 1-dən 15-dək o, öz eskadronu ilə Tiflis yaxınlığında səhra təlimində iştirak edib və təlimdə onun eskadronu sıra hazırlığı üzrə yüksək nəticələr göstərib.[1]
26.08.1986 - 26.02.1897-ci il tarixlərində Babaxan xan Qacar yenidən Alay məhkəməsinin üzvü olub.[1]
babaxan xan Qacar 26 fevral 1899-cu ildə polkovnik-leytenant rütbəsi alaraq, Danimarka Kralı IX Kristianın 45-ci Severski Draqun Alayına köçürülüb, həmin il aprelin 8-də həmin Alayın gərargahına gəlib və Alayın kiçik qərargah zabiti vəzifəsinə təyin edilib. O bu vəzifədə 03.05.1900-cü il tarixinə qədər xidmət edib.[1]
1899-cu il dekabrın 1-dən 1900-cü il dekabrın 1-dək Alay məhkəməsinin sədri, 1900-cü il mayın 1-dən 1902-ci il mayın 1-dək Alay komandirinin döyüş əməliyyatları üzrə köməkçisi olub (lakin həmin vəzifəyə rəsmən 1900-cü il avqustun 11-də təyin edilib).
01.10.1900-cü il tarixində o, Zabitlər Cəmiyyəti Məhkəməsinin üzvü və Zabitlərin Borc Kapitalı Komitəsinin üzvü seçilib. 1901-ci il oktyabrın 26-dan noyabrın 6-dək o müvəqqəti olaraq həmin alaya komandirlik edib.[1]
1902-ci il martın 25-dən aprelin 17-dək Alayın təchizat müdiri, 1902-ci il mayın 1-dən isə Alayın kiçik qərargah zabiti vəzifələrində çalışıb.
O, 1902-ci il sentyabrın 19-dan oktyabrın 12-dək müvəqqəti qurumun üzvü kimi Bakıda ezamiyyətdə olub. Həmin il oktyabrın 19-da yenidən Zabitlərin Borc Kapitalı Komitəsinin üzvü seçildi.[1]
O, 1903-cü il yanvarın 3-dən mayın 15-dək müvəqqəti olaraq Alay komandirinin döyüş əməliyyatları üzrə köməkçisi vəzifəsində çalışıb və iyunun 6-da bu vəzifəyə rəsmən təyin olunub (bu il avqustun 4-də vəzifəyə təyinatı yuxarı komandanlıq tərəfindən təsdiq olunub).[1]
O, 1903-cü il noyabrın 27-dən 1904-cü il dekabrın 1-dək o alay məhkəməsinin sədri olub.[1]
O, 1904-cü il yanvarın 12-dən 14-dək və aprelin 7-dən 16-dək müvəqqəti olaraq alaya komandirlik edib və avqustun 25-də Zabitlər Cəmiyyəti Məhkəməsinin üzvü və Zabitlərin Borc Kapitalı Komitəsinin sədri seçilib.[1]
O, 1905-ci il yanvarın 3-dən fevralın 21-dək və martın 10-dan 14-dək Alaya müvəqqəti komandanlıq edib. Həmin il iyunun 5-dən iyunun 7-dək müvəqqəti olaraq Alay Məhkəməsinin sədri, 1905-ci il noyabrın 2-də isə yenidən Zabitlər Cəmiyyəti Məhkəməsinin üzvü seçildi.[1]
O, 1906-cı il yanvarın 9-dan 20-dək Müvəqqəti Hərbi Dairə Məhkəməsinin üzvü, həmin il martın 27-dən sentyabrın 29-dək Müvəqqəti Hərbi Dairə Məhkəməsinin ehtiyat üzvü, İrəvana, mayın 6-dan 11 sentyabr 1907-ci ilə qədər isə Tiflis Məhkəməsinin üzvü kimi Bakı şəhərində ezamiyyətdə olub.[1]
O, 1906-cı il fevralın 25-dən 28-dək, iyulun 18-dən 20-dək, iyulun 31-dən avqustun 3-dək və avqustun 19-dan 25-dək, həmçinin 1907-ci il fevralın 11-dən 20-dək Alaya müvəqqəti komandanlıq edib.[1]
23 may 1907-ci ildə fərqləndiyinə görə ona polkovnik rütbəsi verilir, bu barədə "Rus əlilləri" qəzetində məlumat dərc edilib.
Xidmət siyahısının (Xidməti işin) 01.06.1908-ci il tarixli qeydinə əsasə onun, barəsində xidməti cəzaya və ya tənbeh tətbiq edilməyib, o, daşınmaz əmlaka malik olmayıb.[1]
Xanbaba Xan Qacar 1908-ci il iyunun 1-də “ailə vəziyyətində narazılığa görə, hərbi geyim və təqaüdlə mükafatlandırılmaqla” xidmətdən azad edilməsi haqqında ərizə ilə müraciət edib və 15.07.1908-ci il tarixində hərbi geyim və 1488 rubl təqaüd verilməklə ordudan təxris edilib.[1]
Xanbaba Xan Qacar 9 noyabr 1926-cı ildə Tiflisdə vəfat edib;[1] Tiflisdə buraxılan “Zarya Vostoka ” qəzetinin 11.11.1926-cı il tarixli 1325 nömrəli və 12.11.1926-cı il tarixli 1326 nömrəli buraxılışlarında şahzadənin vəfatı haqqında belə xəbər dərc edilib[1] (bu yazıda "qardağoğlu" dedikdə, onun arvadının qardaşı oğlu və Mirzə Fətəli Axundovun nəvəsi Axundov nəzərdə tutulur):
Uzun sürən ağır xəstəlikdən sonra Xanbaba xan Qacarın vafatı barədə, dərin hüznlə, onun qohumları, dostları, tanışları, habelə mərhumun övladları və qardaşoğlusu Fətəli Axundov xəbərdar edilirlər. Onun nəşinin Krılov küçəsi ev 3 ünvanındakı mənzildən çıxarılaraq Müsəlman qəbiristanlığında torpağa tapşırılması noyabrın 12-də saat 12-də baş tutacaq.
Mirzə Fətəli Axundov 18 may 1876-cı il tarixli məktubunda hind zərdüştilərinin ən məşhur nümayəndələrindən biri Manekçi Sahibə ünvanladığı məktubunda kürəkəni Xanbaba Xan Qacarı yalnız müsbət mənada səciyyələndirərək yazır:
Qızımın əri bizim imperator ordumuzda xidmət edir. O tərbiyəli, təhsilli və təmiz cavanlarımızdandır. O heç zaman günah işlərə və ya pis əməllərə yaxın belə durmaz. Mənim kimi, o da, çaxır içmir və həmişə Tiflisdə yaşayır. Mən ona öz evimdə bir neçə otaqdan ibarət mənzil ayırmışam. Mənim qızımla Babaxan xandan 2 nəvəm var. Böyüyü oğlandır. Oun adı Mənzur Mirzədir. Onun 6 yaşı var. Kiçiyi isə Məliksimə adlı qızdır.
Ordenləri
Medallar
2012-ci ildə Mirzə Fətəli Axundova həsr olunmuş "Sübhün səfiri" bədii filmi çəkilib, burada Axundovun kürəkəni Xan-Baba-Xan Qacar rolunu Azərbaycanın əməkdar artisti (2018-ci ildən Azərbaycanın xalq artisti) Pərviz Məmmədzayev ifa edib.
Şərhlər
Mənbələr