. Love.az

Xarabaseher Yasayis Yeri - Wikipedia - Love.az

Ana Səhifə - Xarabaseher Yasayis Yeri

Xarabaşəhər yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Naxçıvan şəhərinin inzibati ərazi vahidində yerləşən Qaraçuq kəndi yaxınlığında yerləşən, orta əsrlərə aid arxeoloji və tarixi yaşayış kompleksi.[1]

Xarabaşəhər yaşayış yeri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Qaraçuq, Naxçıvan, Babək rayonu, Naxçıvan MR, Azərbaycan
Tikilmə tarixi Orta əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Xarabaşəhər yaşayış yeri (Azərbaycan)
Nöqtə
Xarabaşəhər yaşayış yeri

Tədqiqi

redaktə

Xarabaşəhər yaşayış yerinin sahəsi təqribən 40 hektardır. Bu arxeoloji və tarixi abidə, 1969-cu ildə Araz su qovşağının tikintisi ilə əlaqədar qazıntılar zamanı aşkar edilmişdir.[1]

Tapıntılar

redaktə

Yaşayış kompleksindəki məhəllədən divar qalıqları, metal məmulatı (mismar, nal, bıçaq və s.), sənətkarlar məhəlləsindən isə dəmirçixana, körük, məişət və təsərrüfat əşyaları, Elxani sikkələri, bəzək əşyaları, şirli və şirsiz gil qablar, şüşə, dəri, ağac, sümük və parça məmulatı qalıqları və başqa arxeoloji və tarixi əşyalar tapılmışdır. Yaşayış kompleksində tapılan qablar İran və Yaxın Şərq keramikası ilə yaxınlıq təşkil edir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Xarabaşəhər yaşayış yeri // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 205 — 206. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xarabaşəhər_yaşayış_yeri&oldid=7500100"
LOVE.AZ