. Love.az

Xarici Isler Nazirliyi Finlandiya - Wikipedia - Love.az

Ana Səhifə - Xarici Isler Nazirliyi Finlandiya

Finlandiya Xarici İşlər Nazirliyi (fin Suomen ulkoasiainministeriö) — Finlandiyanın xarici siyasətinin hazırlanması və həyata keçirlməsini yerinə yetirən məsul dövlət agentliyi.

Finlandiya Xarici İşlər Nazirliyi
  • (fin Suomen ulkoasiainministeriö)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Finlandiya
Yurisdiksiya Finlandiya
Yaradılma tarixi 28 iyun 1918
Baş qərargah
  • Helsinki
Rəhbərlik
Nazir Timo Soyni

Rəsmi saytı formin.fi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Nazirlikdə təxminən 1600 nəfər qadın işləyir. Finlandiya Xarici İşlər Nazirliyin xaricdəki qurumları 97-yə qədərdir.(onlardan çoxu səfirliklərdi) 1987-ci ildən bəri Nazirlik Finlandiyanın Helsinki şəhərində yerləşir.

Mündəricat

  • 1 Maliyyələşdirmə
  • 2 Nazirin yüksək vəzifələri
  • 3 Bölmələri
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Maliyyələşdirmə

redaktə

Nazirliyin 2009-cu ildə ümumi büdcəsi 1,176 milyon avro təşkil edib. Onlardan 746 milyonu əməkdaşlığın inkişafına, 202 milyon avro isə nazirliyin əməliyyat xərclərinə ayrılmışdır.

Nazirin yüksək vəzifələri

redaktə

2015-ci il mayın 29-dan etibarən nazirliyə Timo Soyni başçılıq edir.

Bölmələri

redaktə

Nazirliyin tərkibində 12 bölmə mövcud olmaqdadırː

  • Siyasi bölmə
  • Xarici İqtisadi Əlaqələr bölməsi
  • İnkişaf Sahəsində Siyasi bölmə
  • Avropa Departament
  • Mərkəzi Asiya, Şərqi Avropa və Rusiya üzrə bölmə
  • Şimali və Cənubi Amerika və Asiya üzrə bölmə
  • Yaxın Şərq və Afrika üzrə bölmə
  • Qlobal Məsələlər üzrə bölmə
  • Hüquqi bölmə
  • İnzibati İşlər üzrə bölmə
  • Mədəniyyət və Kommunikasiya bölməsi
  • Protokol bölməsi

Bundan əlavə olaraq daha iki ixtisaslaşdırılmış qrup ayrılmışdır:

  • Daxili revizyalar üzrə qrup
  • Siyasət və araşdırma planları üzrə qrup[1].

Həmçinin bax

redaktə
  • Xarici İşlər Nazirlikləri
  • Finlandiya Respublikası

İstinadlar

redaktə
  1. ↑ Finlandiya Xarici İşlər Nazirliyi Arxivləşdirilib 2013-11-11 at the Wayback Machine //  — 7 noyabr 2013. (Yoxlanılıb 11 noyabr 2013)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xarici_İşlər_Nazirliyi_(Finlandiya)&oldid=6690183"
LOVE.AZ