Xatirə Nəcəfqulu qızı Quliyeva (30 iyun 1962, Maştağa) — fəlsəfə elmləri doktoru, dosent AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq fəlsəfəsi" şöbəsinin müdiri, "Nəsimi-Suriya Azərbaycan Dostluq Cəmiyyəti İB"-nin təsisçisi və sədri, "Cahan+" qəzetinin və cahanplus.com saytının təsisçisi və baş redaktoru.
Xatirə Quliyeva | |
---|---|
Xatirə Nəcəfqulu qızı Quliyeva | |
Doğum tarixi | (62 yaş) |
Doğum yeri | Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Atası | Nəcəfqulu |
Anası | Nisəxanım |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
İş yerləri | AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi" şöbəsinin müdiri |
Quliyeva Xatirə Nəcəfqulu qızı 1962-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində Bakının hörmət sahibi şəxslərindən, məscid-minarələr (o cümlədən Maştağa məscidi və minarəsinin, H. Zərdabinin layihəsi əsasında Maştağa-Bilgəh qəsəbəsi arasında yerləşən Ovdanı) inşa edən, adı tarix- memarlıq kitablarında çəkilən Kəblə Həciqulunun oğlu, XX əsrin əvvəllərində siyasi hakimiyyətdə təmsil olunmuş Əmirqulu Quiyevin oğlu Nəcəfqulu və kor molla (kütləvi yayımış göz infeksiyası nəticəsində gözləri tutulsa da Quran hafizi olduğu üçün) ləqəbi ilə tanınmış Məşədi Bağırın qızı Nisəxanımın ailəsində dünyaya gəlmişdir.
Onun babası Əmirqulu Quliyev Azərbaycan Demokratik Partiyasının ilk yaradıcıları sırasında olmuş, Bakıda erməni-müsəlman davası zamanı türk Qafqaz Ordusunun onbaşılarından olmuş, sonralar Nəriman Nərimanovun sədri olduğu MİK-nin Rəyasət Heyətiin 7 üzvündən biri, dəfələrlə Bakı şəhər sovetinin deputatı seçilmişdir.
Quliyeva Xatirə Nəcəfqulu qızı 1969–1979-cu illərdə Bakının Cəfər Cabbarlı adına 187 saylı orta məktəbində təhsil alıb. 1980–1985-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini fərqlənmə ilə bitirib.
1985-ci ildən AMEA-da fəaliyyətə başlayıb.
1985–1987-ci illərdə AMEA-nın Elmi İnformasiya-Məlumat Mərkəzində laborant, baş laborant vəzifələrində çalışmaqla bərabər AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsində və vitse-prezidentin köməkçisi kimi fəaliyyət göstərmişdir.
1987-ci ildə AMEA RH prezidentinin Sərəncamı ilə Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir.
1989–1991-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Moskva M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna uzun müddətli elimi ezamiyyətə göndərilmişdir.
1992–2004-cü illərdə elmi fəaliyyətini AMEA-nın "Fəlsəfə və Sosiologiya" İnstitutunun Etika (keçmiş Etika və Estetika) şöbəsində davam etdirmişdir.
2005-ci ildə "Nəsimi-Suriya Azərbaycan Dostluq Cəmiyyəti İB" təsis etmiş indiyə kimi Cəmiyyətin sədri kimi fəaliyyət göstərir.
2011-ci ildə AMEA "Fəlsəfə və Sosiologiya" İnstitutunun Elmi Şurasının Qərarı ilə 1992–2004-cü illərdə çalışdığı "Etika" şöbəsində aparıcı elmi işçi vəzifəsində fəaliyyətə başlamışdır və 2017-ci ilə kimi həmin şöbədə çalışmışdır.
2017-ci ilin may ayından AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq fəlsəfəsi" şöbəsinin müdiridir.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva müxtəlif illərdə N. Tusi adına ADPU-də, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Qızlar Universitetində fəlsəfə tarixi, etika, estetika və s. fənləri tədris etmişdir.
2005-ci ildə AR Ədliyyə nazirliyində Qeydiyyatdan keçmiş "Nəsimi" – Suriya — Azərbaycan Dostluq Cəmiyyəti" İB-ni təsis etmiş və qurumun sədri olaraq 2005–2009-cu illərdə Suriya Ərəb Respublikasında uzun müddətli ezamiyyətlərdə olmuşdur.
1985-ci ildə Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayan və 37 illik fəaliyyəti dövründə aktual mövzularda 7 elmi monoqrafiya, 5 elmi kitab, 100-dən çox elmi məqalənin müəlifidir. Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva AMEA-da Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin siyasi irsinin ilk tədqiqatçısıdır və bu mövzu istiqamətində onun 2 monoqrafiyası, 1 məqalələr toplusu və ölkədə və xaricdə nəşr olunan nüfuzlu elmi jurnallarda bir sıra elmi məqalələri çap olunmuşdur.
1987-ci ildə alim Yaşar Qarayevin dissertantı qəbul edilərək AMEA-nın müxbir üzvü, tanınmış alim Cəfər Cəfərovun elmi irsi sahəsində "Cəfər Cəfərovun ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik dissertasiyası üzərində tədqiqata başlamış və 1992-ci ildə elmlər namizədi elmi dərəcəsini almaq üçün "Cəfər Cəfərovun ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
2009–2010-cu illərdə AMEA Ədəbiyyat İnstitutunda doktarant olmuş, "Azərbaycan maarifçiliyinin ədəbi-nəzəri problemləri" mövzusunda doktorluq dissertasiyasını yerinə yetirmiş, elmi iş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 2 dekabr 2014-cü il tarixli qərarı ilə Xatirə Nəcəfqulu qızına "Etika" ixtisası üzrə Dosent elmi adı verilmişdir.
2015-ci il 15 may tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun nəzdindəki Dissertasiya Şurasında Etika ixtisasında "Maarifçilik dövrü Azərbaycan ədəbi-ictimai fikrində milli-mənəvi əsasların fəlsəfi-etik dərki (XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri)" mövzusunda dissertasiya işi müdafiə etmiş və Xatirə Nəcəfqulu qızı Quliyevaya fəlsəfə elmləri doktoru elmi dərəcəsi verilmişdir.[1]
Fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın elmi məqalələrinə scopus elmi indeksində 1000-ə yaxın istinad mövcuddur.[2]
X. Quliyeva ABŞ-da nəşr olunan Beynəlxalq Fəlsəfə Jurnalının[3]; Türkiyədə nəşr olunan "Kayğı"[4] və "Akademik Tarix, Düşüncə" beynəlxalq indeksli jurnalların redaksiya heyətlərinin, habelə ECLSS org. beynəlxalq konfrans təşkilatının üzvüdür.
Azərbaycan dilindəː
İngilis dilindəː