Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya mübaliğəli fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Xavər Vəliyev (1905, Bakı – 1966, Zabrat) — SSRİ ordusunun polkovniki.
Xavər Vəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 1966 |
Vəfat yeri | |
Rütbəsi | polkovnik |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() |
Xavər Ağarəhim oğlu Vəliyev 1905-cı ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Orta məktəbi elə burada bitirib. Gənc yaşlarından ordu sıralarında xidmət edib. O, Zaqafqaziya hərbi piyada məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra bir müddət bölük komandiri vəzifəsində çalışıb.
1936-cı ildə o, Hərbi-Siyasi Akademiyanı müvəffəqiyyətlə bitirir. Çalışqanlığı və fəaliyyətinə görə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Əvvəlcə o, 73-cü Azərbaycan atıcı diviziyasında xidməti borcunu yerinə yetirir. 1938-ci ildə Bakının hərbi hava hücumundan müdafiəsi üçün 3-cü korpusuna komissar təyin edilir.
1941-ci ildə 396-cı Azərbaycan atıcı diviziyasının siyasi rəhbəri olan Xavər Vəliyevin komandası Kerç sahilində qərar tutmağa əmr alır. Düşmən üzərində hücum əməliyyatı hazırlanır. Daha sonra bu səhifəyə 1942-ci il Sevastopol uğrunda gedən döyüşlər yazıldı. Məhz bu döyüşlərdən sonra Xavər Vəliyev 416-cı Azərbaycan diviziyasına siyasi rəhbər təyin olundu.[1]
1945-47-ci illərdə o, 4-cü ordunun siyasi rəhbəri vəzifəsində çalışır. 1947-ci ildə polkovnok rütbəsində Xavər Ağarəhim oğlu Vəliyev SSRİ Müdafiə Nazirliyi tərəfindən Azərbaycan SSRİ-nin hərbi komissarı təyin edilir. O, 1954-cü ilə qədər doğma respublikasının hərbi komissarı işləyir və hərb sahəsində öz xidmətini başa vurur.[2] Orduda etdiyi xidmətlərə görə "Lenin"[3], "Qırmızı bayraq"[4] ordenləri, "İkinci dərəcəli Böyük Vətən müharibəsi iştirakçısı"[5], "Qafqazın müdafiəsi uğrunda"[6], "Almaniya üzərində qələbə"[7] medalları və s. layiq görülür.
1955-ci ildən istefada olan polkovnik Xavər Vəliyev 1966-cı ildə vəfat edənə qədər Zabrat kənd sovetində sədr vəzifəsində çalışıb. Onun təşəbbüsü ilə tikilən 75 saylı orta məktəb[8] bu gün Xavər Vəliyevin adını daşıyır.