Xoca Əhməd Abbas (ing. Khwaja Ahmad Abbas, hind. ख़्वाजा अहमद अब्बास, urdu خواجه احمد عباس; Əsasən K. A. Abbas; kimi tanınır. 7 iyun 1914, Panipat — 31 may 1987, Bombey (müasir Mumbai)) — hind yazıçısı, rejissor və ssenaristi.
Xoca Əhməd Abbas | |
---|---|
ing. Khwaja Ahmad Abbas hind. ख़्वाजा अहमद अब्बास urdu خواجه احمد عباس | |
![]() | |
Doğum tarixi | 7 iyun 1914(1914-06-07)[1][2] |
Vəfat tarixi | 1 iyun 1987(1987-06-01)[1] (72 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, jurnalist, felyetonçu[d], avtobioqraf[d], yazıçı, film prodüseri |
Fəaliyyət illəri | 1934-cü ildən |
Əsərlərinin dili | Urdu dili, Hind dili, ingilis dili |
Mükafatları |
![]() |
![]() |
Xoca Əhməd Abbas (1914-1987) (hind yazıçısı, prodüseri, kinorejissoru və jurnalisti) idi (o, tarixdə "İnqilab" (1954) və "Sülh - mənim kəndim" (1973) adlı romanları kimi məşhurdur). X.Ə.Abbas bir çox maraqlı ssenari yazmışdır. "Avara" filminin senarisi ilə daha çox tanınmışdır. Filmdə cinayətkar aləmə yenicə qədəm basmış bir cinayətkarın həyatından, onun saflaşması, günahsız insana çevrilməsi üçün mübarizə aparmasından söhbət gedir. "Avara" ikimüxtəlif istiqamətli yolların başlanğıcında dayanmış bir insan obrazıdır. Yaxud o, həyat yolunun insan başlanğıcında dayanıb cinayətkar sonluğuna addımlayan bir şəxsdir. Müəllif burada insanı cinayət dünyasından, cinayətkar adından qorumaq üçün həm daxili bir üsul - vicdan, həm də xarici bir üsul - məhəbbət seçir.