Xortdan ya da xortlaq — gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud,[1] folklor və xalq əfsanələrinə görə qaniçən məxluq. Xortdanlar əsasən Şərqi Avropa mifologiyasında var. Ən tanınmış ənənəyə görə onları günəş işığı, ürəyə vurulmuş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə şey öldürür.
Ümumilikdə xortdanların əlamətləri aşağıdakı kimidir:
Bu məxluqlar qadın və ya kişi ola bilərlər, lakin çox vaxt çirkin qadınlar olurlar. Onların məkanı kimsəsiz və tənha yerlər, eləcə də qəbiristanlıqlardır. İnanca görə xortdan hücumundan qorunmaq üçün qəbiristanlığın yanından keçərkən dua oxumaq lazımdır.
Xortlayan insanın axirətdən qovulduğuna inanılar. Guya ki, gecələr məzarından çıxan, kəfənlə ortalıqda gəzən bu varlıq sürətlə qaça bilər, ata minər, silahdan istifadə edə bilər, istədiyi insanı döyər, sevdiyi insanı qaçırar, evlərə hücum edər, yol kəsər.
Macar dilinin köklərini araşdırmaq məqsədi ilə Orta Asiyaya qədər dərviş qılığında səfər edən Professor Arminius Vambery'e görə: "Osmanlı dövründə məşhur bir inanca görə vampirlər ağac kovuklarında gizlənirlər və oralarda avlanırlarmış. Ele keçirilən vampirlər kəlləni kəsildikdən sonra bir çuvala qoyulub dənizə atılarmış."
1833-ci ildə Tırnova qazısı Əhməd Şükrü Əfəndi tərəfindən paytaxta göndərilmiş və Təqvim-i Vekayi qəzetinin 69. sayında nəşr olunmuş olan bir sənəddə bu ifadələr yer alır:
İzah edilən hadisədə kiçik fərqlərlə Avropadaki cadugərlik üsulları izlənilməkdədir. Məsələn Avropa inancında paya göbəya deyildə ürəyin xəttinə çırpılır, ürəkləri qaynatmaq qədər cəsədlərin başlarını qoparmaq da ənənəyə görə təsirli bir çarədir. Bu cür əsassız söz-söhbətlərin xalqı intizamsız yeniçərilərə qarşı hərəkətə keçirmək üçün ortaya atıldığı təxmin edilir.