Xortisa (ukr. Хортиця) — Dneprdə ən böyük ada, Zaporojye şəhəri yaxınlığında (indiki Dnepr HES) yerləşir. Milli Tarix və Mədəniyyət Qoruğudur[1][2]. Ada şimal-qərbdən cənub-şərqə doğru uzanır, uzunluğu 12,5 km, eni isə 2,5 km-dir.
Xortisa | |
---|---|
Хортиця | |
![]() | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 2,5 km |
Hündür nöqtəsi | 30 m |
Yerləşməsi | |
47°49′12″ şm. e. 35°06′00″ ş. u.HGYO | |
Ölkə | |
![]() |
Xortisa adı ilk dəfə Bizans imperatoru VII Konstantin Baqryanarodnının "İmperiyanın idarəsi haqqında" traktatında xatırlanmışdır[3].
2007-ci ildə Xortisa "Ukraynanın yeddi möcüzəsi"ndən biri adlandırılmışdır.
"Xortisa" adının bir neçə versiyası mövcuddur. Adanın (mənbələrdə Xrtiç adası) adını qonşu çay Xortisadan alır, burada "xort" — < хъртъ, yəni "sürətli, cəld" deməkdir. Beləliklə, xortisa "sürətli su" anlamına gəlir[4].