. Love.az

Xorvatiyada Olum Hokmu - Wikipedia - Love.az

Ana Səhifə - Xorvatiyada Olum Hokmu

Xorvatiyada 1991-ci ilə qədər tətbiq edilən ölüm cəzası cinayət cəzasının ən yüksək növüdür. Xorvatiyada sonuncu ölüm hökmü 1987-ci ildə, ölkə hələ Yuqoslaviyanın tərkibində olarkən həyata keçirilmişdir.

Məşhur edamlar

redaktə

Yuqoslaviya dövründə ölkə bir neçə səs-küylü cinayət işində cəza qismində ölüm cəzasını tətbiq etdi [1] :

  • Luka Yavorina, Plavnodakı dəmir yolu stansiyasının rəisi (M604 dəmir yolu): iş başında olarkən sərxoş vəziyyətdə olurdu. Bu da 15 avqust 1949-cu ildə qatar qəzasında 20 nəfərin ölümünə səbəb oldu. 24 oktyabr 1949-cu ildə güllələnib.
  • Kazimir Antiç və qardaşı İvan: əvvəlcədən razılaşaraq, Kremeniç ailəsinin Sresdəki evində quldurluq etdi. Hücum zamanı Kazimir Antiç Yosip Kremeniçi oyun taxtası ilə öldürür, onun bacısı Mariyanı isə yaralayır. Antiç 6 noyabr 1967-ci ildə ölüm cəzasına məhkum edilmiş və 6 noyabr 1968-ci ildə edam edilmişdir.
  • Ferdo Dariç Draqaniçdə yatmış qoca cütlük Petar və Bara Biliçiçi balta ilə öldürmüşdür. 1970-ci ildə edam edilmişdir.
  • Yovan Buqarski 26 aprel 1964-cü ildə Samoborda Adela Başiçin evinə quldurluq məqsədilə daxil olmuş, Adelanın (46 yaş) və qızı Dragisanın (23 yaşlı) boğazını kəsmişdir. 1966-cı ilin payızında Zaqrebdə güllələnmişdir.
  • Nikola Keviç Osiyekdə ikiqat qətldə və adam öldürməyə cəhddə təqsirli bilinib, Yuqoslaviya Ali Məhkəməsinə edilən appelyasiya müraciəti rədd edilib. O, 22 aprel 1978-ci ildə güllələnərək edam edilməzdən əvvəl ölüm hökmündə, təkadamlıq kamerada və zəncirlərlənmiş vəziyyətdə saxlanılmışdır.

Xorvatiyada sonuncu edam 1987-ci ildə həyata keçirilib [2] [3] [4] . Yük maşını sürücüsü Duşan Kosiç 1983-cü il martın 1-də həmkarı Çedomir Matiyeviç, arvadı Slavitsa və onların qızları Draqananı (2 yaş) və Snejananı (8 aylıq) qətlə yetirməkdə təqsirli bilinərək edam edilib [2] [3] . İstintaq zamanı Kosiç qətli törətdiyini etiraf edib və ətraflı ifadə verib, lakin sonrakı məhkəmə prosesində ifadəsindən imtina edib [4] . Karlovats Rayon Məhkəməsi onu təqsirli bilib və 4 oktyabr 1983-cü ildə ölüm hökmü çıxarıb [2] [4] . Kosiç 29 yanvar 1987-ci ildə güllələnib [2] [3] [4] .

1990-cı il Xorvatiya Konstitusiyasının 21-ci maddəsinə uyğun olaraq ölkədə ölüm hökmü qadağan edilmişdir [5] .

Xorvatiya həmçinin Avropa İnsan Haqları Konvensiyasının bütün hallarda ölüm hökmünü ləğv edən 13 saylı Protokolunun iştirakçısıdır. Konvensiya 3 iyul 2002-ci ildə imzalanmış, 3 fevral 2003-cü ildə ratifikasiya edilmiş və 1 iyul 2003-cü ildə qüvvəyə minmişdir [6] .

1959-cu ildən sonra icra edilən edamlar

redaktə

Mənbə: SPSK verilənlər bazası


Adı Cinsi Hökmün verildiyi tarix Hökmün icra edildiyi tarix Edam yeri Törədilən cinayət Metod
Pavao Çekada Kişi 000000001960-01-01-00001960 000000001960-03-29-000029 mart 1960 Varajdin Hərbi cinayət Soyuq silahla qətlə yetirmə
Stevo Ovçar Kişi 000000001960-01-01-00001960 000000001960-01-01-00001960 Osiek Polis işçisinin qətlə yetirilməsi
İovan Buqarski Kişi 000000001965-01-01-00001965 000000001965-02-24-000024 fevral 1965 Zaqreb İkiqat qətl
Kazimir Antiç Kişi 000000001967-11-06-00006 noyabr 1967 000000001968-11-06-00006 noyabr 1968 Rieka Soyğun zamanıı qətl
Ferdo Doriç Kişi 000000001970-01-01-00001970 000000001970-01-01-00001970 Karlovats İkiqat qətl
Kosta Duiç Kişi 000000001974-11-27-000027 noyabr 1974 000000001976-01-01-00001976 Raskolot İkiqat qətl
Nikola Keviç Kişi 000000001977-01-01-00001977 000000001977-04-22-000022 aprel 1977 və ya 000000001978-04-22-000022 aprel 1978 Osiek İkiqat qətl
Duşan Kosiç Kişi 000000001983-10-04-00004 oktyabr 1983 000000001987-01-29-000029 yanvar 1987 Karlovats Çoxsaylı qətl

Qeydlər

redaktə
  1. ↑ Majetić, Vanja. "Smrtna kazna" (PDF). Vjesnik. 2005-11-26. 39–42. 2014-01-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-05.
  2. ↑ 1 2 3 4 "TAJNA POSLJEDNJE SMRTNE KAZNE 'Karlovački monstrum nije imao milosti. Morali smo ga osuditi na strijeljanje'". Jutarnji list (xorvat). 2013-07-29. 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-29.
  3. ↑ 1 2 3 "Deveterostruko ubojstvo najteži zločin". Glas Slavonije (xorvat). 2009-05-27. 2011-10-01 tarixində arxivləşdirilib.
  4. ↑ 1 2 3 4 "Za četverostruko ubojstvo i ubojici smrt". dalje.com (xorvat). 2006-11-06. 2013-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-05.
  5. ↑ "2. Personal and Political Liberties and Rights - Article 21". The Constitution of the Republic of Croatia (consolidated text). Croatian Parliament. 2013-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-22.
  6. ↑ "Protocol No. 13 to the Convention for the Protection of Human Rights and Fundamental Freedoms, concerning the abolition of the death penalty in all circumstances". 2013-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xorvatiyada_ölüm_hökmü&oldid=7558573"
LOVE.AZ