. Love.az

Yasil Nezara - Wikipedia - Love.az

Ana Səhifə - Yasil Nezara

Yaşıl nezara (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.

Yaşıl nezara
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Yaşıl nezara
Beynəlxalq elmi adı
  • Codophila varia J.Fabr., 1787[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  108806
NCBI  1171623
EOL  2645007

Mündəricat

  • 1 Biologiyası
  • 2 Yayılması
  • 3 Ədəbiyyat
  • 4 İstinadlar

Biologiyası

redaktə

Əksər hallarda bədəni tamamilə yaşıl, bəzən isə tutqun boz, səthi sıx, zərif xətlidir. Baş nisbətən qabağa çıxmış və əyilmiş formadadır. Qarnının II seqmentindən (buğumundan) qabağa doğru şiş çıxıntı uzanmışdır. İy vəzilərinin dəliyi qısa və enlidir. İy vəzinin axarı arxa döşün ortasına qədər ancaq uzanır. Bu ön tərəfdən kəsik və bir qədər qalxmış haldadır. Bədəninin uzunluğu 11 – 17 mm – dir. İmaqo mərhələsində qışlayır. Erkən yazda qışlamadan çıxıb (aprelin əvvəllərində) müxtəlif bitkilər və xüsusən taxıllar üzərində qidalanır. Aprel – may aylarında yumurta qoyur[2]. Sürfələr 5 dəfə qabıq dəyişdikdən sonra yetkin formaya keçir. Azərbaycan şəraitində ildə bir nəsil, daha isti olan cənub rayonlarında 5 nəsil verir.

Yayılması

redaktə

Bu növün ən geniş yayıldığı yer tropik və subtropik qurşaqdır. Bu növ müxtəlif bitkilərə zərər verir. İranda pambığın qorxulu zərərvericisi hesab olunur. Bu növ Gürcüstanda qarğıdalıya, lobyaya, tütünə, yoncaya və acıpaxlaya zərər verir. Azərbaycanda Yaşıl nezara əsasən Lənkəran – Astara zonasının düzən, dağətəyi və Şəki – Zaqatala zonasının dağətəyi rayonlarında yayılmışdır. Bu növ Lənkəran zonasında dənli bitkilərin üzərində kütləvi şəkildə qidalanaraq onlara zərər verir. Bundan başqa, o, Talışda tut üzərində, Şəki – Zaqatala zonasında isə müxtəlif ağaclar üzərində qidalanır.

Ədəbiyyat

redaktə
  • Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
  2. ↑ Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaşıl_nezara&oldid=8060102"
LOVE.AZ