. Love.az

Yasayis Binasi Eli Bey Huseynzade Kucesi 51 - Wikipedia - Love.az

Ana Səhifə - Yasayis Binasi Eli Bey Huseynzade Kucesi 51

Əli bəy Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.[1]

Yaşayış binası
Evin ümumi fasadının L. Bretanitskiy və Ə. Salamzadənin "Kirovabad" kitabında verilmiş təsviri.
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Əli bəy Hüseynzadə küçəsi, 51
Tikilmə tarixi XIX əsrin I yarısı
Üslubu Arran memarlıq məktəbi
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3865
Kateqoriyayaşayış binası
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memarlıq xüsusiyyətləri

redaktə

1:3 metr ölçülü evin üstü günbəzlə örtülmüşdür. Adətən bu cür dam örtüyünə malik evlərin (Nizami 33 və Şəddadilər 24) düzbucaqlı təməl planı tərəflərin nisbətinə görə kvadrata yaxın olsa da, Əli bəy Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən yaşayış binasında bu qanunauyğunluq pozulmuşdur. Bununla evin interyerinin həllində də daha sadə dizayna üstünlük verilmiş, divarlar yalnız gəc üzərində sqraffito tipli oyma ilə bəzədilmişdir.[1]

  •  
    Birinci və ikinci mərtəbələrin planı
  •  
    Evin kəsimi
  •  
    Yan kəsimdə günbəzli (ikinci mərtəbə) və tağtavanlı (birinci mərtəbə) otaqların görünüşü

İstinadlar

redaktə
  1. ↑ 1 2 Джеванширова, 1950. səh. 67

Ədəbiyyat

redaktə
  • Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaşayış_binası_(Əli_bəy_Hüseynzadə_küçəsi,_51)&oldid=6043340"
LOVE.AZ