. Love.az

Yabuka Ada - Wikipedia - Love.az

Ana Səhifə - Yabuka Ada

Yabuka (xorv. Jabuka) — Adriatik dənizində Xorvatiyaya məxsus vulkanik ada. Ada Vis arxipelaqına aiddir. İnzibati baxımdan ölkənin Split-Dalmasiya jupaniyasına məxsusdur. Adanın sahəsi 0,022585 km², ən yüksək zirvəsi dəniz səviyyəsindən ― 99,333 metrdir.[1]

Yabuka
xorv. Jabuka
Adanın qərb hissəsi
Adanın qərb hissəsi
Ümumi məlumatlar
Sahəsi 0,022585 km²
Hündür nöqtəsi 99,333 m
Əhalisi 0 nəfər
Yerləşməsi
43°03′30″ şm. e. 15°27′37″ ş. u.HGYO
Ölkə  Xorvatiya
Arxipelaq
  • Vis
Akvatoriya
  • Adriatik dənizi
Yabuka xəritədə
Yabuka
Yabuka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada ilk dəfə xəritələrdə XIV əsrdə göstərilmişdir. XV—XVII əsrlərdə adada qızılquş yumurtalarının toplanması həyata keçirilmiş və məqsəd onların çoxaldılması idi. 2013-cü ildən Yabuka və ətraf sular «Natura 2000»-nin qorunan ərazilər siyahısına salınmışdır. 2017-ci ildən Yabuka akvatoriyasında balıqçılığa məhdudiyyət qoyulmuşdur. 17 aprel 2019-cu ildən bütün arxipelaq UNESCO-nun geopark statusunu almışdır.

Mündəricat

  • 1 Adlandırılması
  • 2 Coğrafiyası
  • 3 İqlimi
  • 4 Fauna və flora
  • 5 İstinadlar

Adlandırılması

redaktə

1318-ci ildə ada Millo adlanırdı (it. Millo). Sonrakı dövrlərdə ada bir çox ölkə xəritələrində müxtəlif adla qeyd olunmuşdur. Ən geniş yayılmış ad isə italyan mənşəli Pomo idi (it. Pomo).[1]

Coğrafiyası

redaktə

Ada Adriatik dənizində, Vis arxipelaqına daxildir.[2]Uzunluğu — 310 metr, eni — 130 metr, sahil xəttinin uzunluğu ― 715 metrdir.[3][1]

Vulkanik ada olan Yabuka Adriatik piltəsinin mərkəzində yerləşir. Ada geoloji duzlu diapir üzərində yerləşir.[4] Yura dövrünə aid subvlkanik dolerit adanın əsasını təşkil edir və maqmanın səthdə kristallizasiyası nəticəsində formalaşmışdır.[5][6]

İqlimi

redaktə

Yabuka adası quraq iqlim zonasına daxildir. Orta illik yağıntının miqdarı 200 mm-dir. Orta illik temperatur — 16 °C, illik günəşli saatların miqdarı — 2700-dir.[7]

Fauna və flora

redaktə

Ada da Frankenia pulverulenta, Convolvulus cneorum, Euphorbia dendroides, Limonium vestitum [8] geniş yayılıb.[7] Eyni zamanda endemik bitki növlərindən Centaurea crithmifolia, Centaurea friderici, Aurinia leucadea, Limonium pomoense və Centaurea jabukensis misal göstərmək olar.[9][8]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Kužić, 2015
  2. ↑ Terzi et al, 2019. səh. 242
  3. ↑ Duplančić Leder, Ujević i Čala, 2004. səh. 26
  4. ↑ Velicogna et al, 2023. səh. 2560
  5. ↑ Terzi et al, 2019. səh. 243
  6. ↑ Spaić, 2012. səh. 34
  7. ↑ 1 2 Gabelica i dr., 2016
  8. ↑ 1 2 Terzi et al, 2019. səh. 249
  9. ↑ Terzi et al, 2019. səh. 245, 251
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yabuka_(ada)&oldid=7625640"
LOVE.AZ