. Love.az

Yalmar Brantinq - Wikipedia - Love.az

Ana Səhifə - Yalmar Brantinq

Yalmar Brantinq (isv. Hjalmar Branting; 23 noyabr 1860[5][6][…] – 24 fevral 1925[7][8][…]) — İsveçli dövlət xadimi və sosial demokratiyanın öncüllərindəndir. 1921-ci ildэ Norveçli diplomat Kristian Lanqe ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Üç dəfə İsveçin Baş naziri olmuşdur.

Yalmar Brantinq
Hjalmar Branting
Doğum tarixi 23 noyabr 1860
Doğum yeri Stokholm, İsveç İsveç
Vəfat tarixi 24 fevral, 1925
Vəfat yeri Stokholm, İsveç İsveç
Dəfn yeri
  • Adolf Fredrik kilsə qəbiristanlığı[d][3][4]
Təhsili
  • Uppsala Universiteti (1877–)[1]
Fəaliyyəti siyasətçi, diplomat, jurnalist, redaktor
Partiyası
  • İsveç Sosial-Demokrat Fəhlə Partiyası (1903–1925)[2][1]
Mükafatları Nobel mükafatı Nobel Sülh mükafatı (1921)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Həmçinin bax
    • 1.2 Xarici keçidlər
    • 1.3 İstinadlar

Həyatı

redaktə

Stokholm və Uppsalada təhsil aldıqdan sonra, 1883-cü ildə radikal Tiden qəzetində işə başlamışdır. 1886-ci ildə Sosial demokratiyada yazmağa başlamışdır. 1889-ci ildə İsveç Sosial Demokrat Partiyası qurulduğunda, partiyanın əhəmiyyətli qurucuları arasında yer almışdır. Fəal Axel Daniyelssonun ölümündən sonra Sosial Demokrat Partiyanın spikeri olmuşdur. 1896-ci ildə parlamentin alt qanadına (Riksdag) seçilmiş və 1902-ci ilə qədər də burada tək Sosial Demokrat Partiya üzvü olaraq qalmışdır. 1907-ci ildə partiya lideri olmuş və 1917-ci ildə Liberal-Sosialist koalisiya hökumətində İqtisadiyyat naziri vəzifəsini yerinə yetirmişdir. Birinci Dünya müharibəsi baş verdiyində ölkəsinin tərəfsiz qalmasını müdafiə etmişdir. 1919-ci ildə ikinci Sosialist İnternasionalının başçılığını öhdəliyinə götürmüşdür. 1920-ci ildə İsveçin ilk sosial demokrat Baş naziri olmuş, lakin qısa bir müddət sonra müxalifət hökuməti götürmüşdür. sentyabr 1921-aprel 1923-cü illər arasında yenidən Baş nazirlik etmişdir. 1924-cü ilin oktyabrında üçüncü dəfə Baş nazir olmuş, lakin qısa müddət sonra xəstəliyi nəticəsində bu vəzifəni tərk etmək məcburiyyətində qalmışdır.[9]

Həmçinin bax

redaktə
  • Nobel sülh mükafatı
  • İsveç Sosial-Demokrat Fəhlə Partiyası

Xarici keçidlər

redaktə
  • Works by or about Hjalmar Branting
  • Nobel Committee information on 1921 Laureates.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Branting i Stockholm, K Hjalmar // Two-Chamber Parliament 1867–1970.. 1985. C. 1. S. 67.
  2. ↑ 1 2 Karl Hjalmar Branting (S) // Sveriges riksdag 1924 : porträttalbum (швед.). 1925. S. 67. 147 s.
  3. ↑ Hjalmar Branting // (unspecified title).
  4. ↑ HJALMAR BRANTING FÖDD 23.11 1860 DÖD 24.2 1925 ARBETARLEDAREN FREDSKÄMPEN STATSMANNEN. Sveriges släktforskarförbund.
  5. ↑ 18601123 Branting, Karl Hjalmar // Sveriges dödbok.
  6. ↑ K Hjalmar Branting (швед.). 1917.
  7. ↑ Брантинг Карл Яльмар // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  8. ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  9. ↑ "Dictionary & Thesaurus Widgets Karl Hjalmar Branting". 2014-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yalmar_Brantinq&oldid=7587350"
LOVE.AZ