Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Yeşim Ustaoğlu (18 noyabr 1960[1], Sarıqamış, Qars ili) — Türk rejissor, kinorejissor, ssenari müəllifi.
Yeşim Ustaoğlu | |
---|---|
türk. Yeşim Ustaoğlu | |
| |
Doğum tarixi | 18 noyabr 1960(1960-11-18)[1] (64 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, memar |
Fəaliyyət illəri | 1984-cü ildən |
Təhsili | |
IMDb | ID0882445 |
![]() |
18 Noyabr 1960-cı ildə Sarıqamışda dünyaya gəlmişdir. Atasının təyinatı ilə 2 yaşında olanda ailəsi ilə birgə Trabzona köçdü, uşaqlıq illəri burada keçdi. Karadeniz Texniki Universiteti Memarlıq Şöbəsindən məzun oldu. Kinoya mükafat qazanan qısa filmləri ilə başlayan Yeşim ilk çıxışını 1994-cü ildə çəkdiyi 'İz' filmi ilə etdi. İstanbul, Köln, Nürnberq film festivallarından ən yaxşı film mükafatları ilə qayıdan "İz" filmini 1999-cu ildə çəkdiyi "Güneşe Yolculuk" filmi izlədi. "Güneşe Yolculuk" filmi ilə Berlin Film Festivalında aldığı, Ən Yaxşı Avropa Filmi: Mavi Mələk və Heinrick Boll Sülh mükafatlarından əlavə, İstanbul Film Festivalı və Ankara Film Festivalı daxil olmaqla milli və beynəlxalq səviyyədə çoxlu mükafatlar almışdır. 2003-cü ildə uzun metrajlı və sənədli filmləri gerçəkləşdirmək məqsədilə Ustaoğlu Filmin əsasını qoydu. 2004-cü ildə "Bulutları Beklerken" filmi çəkildi. Bulutları Beklerken NHK Beynəlxalq Film İstehsalçıları Mükafatı və Ən Yaxşı Aktrisa Mükafatları ilə birgə aldığı digər beynəlxalq mükafatlarlara layiq görüldü. 2006-cı il Saloniki Film Festivalında "Crossroad-Ən Yaxşı Layihə Mükafat" alan axırıncı filmi "Pandora Qutusu" 2008-ci ildə bitti. San Sebastian Beynəlxalq Film Festivalında Ən Yaxşı Film "Qızıl İstiridye" və Ən Yaxşı Aktrisa "Gümüş İstiridye" mükafatlarına layiq görüldü. Bir çox beynəlxalq festivallarda mükafatlar aldı və bir çox ölkədə nümayiş olundu.