. Love.az

Yeni Eyrice - Wikipedia - Love.az

Ana Səhifə - Yeni Eyrice
Bu adın digər istifadə formaları üçün bax: Əyricə.

Yeni Əyricə (tarixi adı: İbrahimbəyli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Əyricə kənd inzibati ərazi dairəsində kənd.[1]

Yeni Əyricə
40°25′32″ şm. e. 47°14′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Bərdə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Yeni Əyricə xəritədə
Yeni Əyricə
Yeni Əyricə

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
  • 4 Təhsilin vəziyyəti
  • 5 İstinadlar

Tarixi

redaktə

Kəndin əvvəlki adı İbrahimbəylidir. Qədim yaşayış məskənidir. Əyricə bəyləri Cavanşir tayfasının Qalabəyi tirəsindən olublar.

  • Qalabəyov Təhməz bəy İbrahim bəy oğlu
  • Qalabəyov Həsən bəy İbrahim bəy oğlu
  • Qalabəyov Firudin bəy Təhməz bəy oğlu
  • Qalabəyov Rəhim bəy Təhməz bəy oğlu
  • Qalabəyov Hüseyn bəy Təhməz bəy oğlu
  • Qalabəyov Alı bəy Həsən bəy oğlu
  • Qalabəyov Calal bəy Həsən bəy oğlu

Coğrafiyası və iqlimi

redaktə

Qarabağ düzündə, Kür çayının sağ sahilində yerləşir. Tərtər çayı kəndi 2 hissəyə bölür. Kəndin qərbindən Yuxarı Qarabağ kanalı keçir. İqlimi mülayimdir, yanvar ayının orta temperaturu 10 C, iyun ayınınkı isə 32 C-dir.

Əhalisi

redaktə

Təqribən 3000-ə yaxın insan yaşayır. Bundan əlavə Ağdam, Laçın, Kəlbəcər, Ağdərə rayonlarından məcburi köçkünlər də məskunlaşmışdır. 1988-ci ildə Özbəkistandan deportasiya olunan məshəti türklərinin bir qismi də bu kənddə yerləşdirilmişdir.

Kəndin yerli əhalisi Ağdamın Xıdırlı və Qiyaslı kəndindən köçənlərdir. Bundan əlavə ötən əsrin 50-ci illərində Mingəçevir SES-in tikilməsi ilə əlaqədar Samux rayonundan köçmüş insanlar da məskunlaşmışdır.

Təhsilin vəziyyəti

redaktə

Kənddə Binədar Əjdər oğlu adına orta məktəb fəaliyyət göstərir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yeni_Əyricə&oldid=7707424"
LOVE.AZ