. Love.az

Yeni Meksika Robiniyasi - Wikipedia - Love.az

Ana Səhifə - Yeni Meksika Robiniyasi

Yeni Meksika robiniyası (lat. Robinia neomexicana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin robiniya cinsinə aid bitki növü.

Yeni Meksika robiniyası
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Paxlaçiçəklilər
Fəsilə:
Paxlakimilər
Yarımfəsilə:
Faboideae
Triba:
Robinieae
Cins:
Robiniya
Növ:
Yeni Meksika robiniyası
Beynəlxalq elmi adı
  • Robinia neomexicana A.Gray
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  26196
NCBI  168546
EOL  640520

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Heterotipik sinonimləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Arealı

redaktə

Yabanı halda Şimali Amerikanın cənubunda yayılmışdır.

Botaniki xarakteristikası

redaktə

3–6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7–9 sm uzunluğunda, 3–4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16–25 mm uzunluğunda, 10–15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4–7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir. Dişicikləri enli, üçbucaq şəklindədir. Tacı sarı, uzunluğu 20–23 mm-ə qədər, kürəkləri qayıqcıqdan xeyli uzundur. Yumurtalığı çılpaqdır. Paxla saplaqlı, şişkin, şəffaf, çoxtoxumludur. Paxlaların uzunluğu 5–6 sm, eni 2–2,5 sm-ə qədər, üzəri çılpaq olub, uc hissəsi qatlanan, yetişən zaman açılmır. İyul-avqust aylarında yetişir. Toxumla asanlıqla çoxalır.

Ekologiyası

redaktə

İşıqsevən, quraqlığa və şaxtayadavamlıdır. Ətraf mühitin əlverişsiz amillərinə və davamlığına görə ağ akasiyaya oxşayır.

Azərbaycanda yayılması

redaktə

Mərkəzi Nəbatat bağında və Dendrologiya Institutunun təcrübə sahəsində intro-duksiya edilmişdir. Abşeron, Mərdəkan, Zaqatala, Balakən və Gəncədə park-bağlarda təsadüf edilir.

İstifadəsi

redaktə

Park və bağlarda əkmək üçün qiymətlidir. Aran rayonlarda suvarma tələb edir. Bol çiçək açır və meyvə verdiyi üçün respublikamızda bir çox rayonlarda yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Robinia breviloba Rydb.
  • Robinia luxurians (Dieck) Silva Tar. & C.K.Schneid.
  • Robinia neomexicana var. albiflora Kusche
  • Robinia neomexicana var. luxurians Dieck
  • Robinia neomexicana var. rusbyi (Wooton & Standl.) W.C.Martin & C.R.Hutchins ex Peabody
  • Robinia neomexicana var. subvelutina (Rydb.) Kearney & Peebles
  • Robinia rusbyi Wooton & Standl.
  • Robinia subvelutina Rydb.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yeni_Meksika_robiniyası&oldid=7979947"
LOVE.AZ