Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Yeni Məscid və ya Validə Sultan Məscidi — İstanbulda 1597-ci ildə Sultan III Muradın həyat yoldaşı Safiyə Sultanın əmri ilə əsası qoyulan və 1663-cü ildə dövrün padşahı IV Mehmedin anası Turhan Xədicə Sultanın böyük səyləri və ianələri ilə başa çatdırılıb ibadətə açılan məsciddir.
Yeni məscid | |
---|---|
Yeni cami | |
| |
![]() | |
41°01′00″ şm. e. 28°58′19″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | İstanbul |
Yerləşir | Eminönü[1] |
Tikilmə tarixi | 1597 |
Üslubu | Osmanlı |
Vəziyyəti | fəaliyyət göstərir |
![]() |
Memar Davud Ağa tərəfindən inşasına başlanmış, Memar Dalğıc Əhməd Ağa davam etdirmiş, ancaq inşaatın başlanğıcından 66 il sonra dövrün memarbaşı Mustafa Ağa tərəfindən IV Mehmed dövründə bitirilmişdir.
Memar Sinanın Şahzadə Məscidində və Sedefkar Memar Mehmed Ağanın Sultanəhməd Məscidində etdiyi qübbə planını təkrar edir. Ancaq qübbənin piramidası xatırladır şəkildə yüksəlməsi özünə xas bir xüsusiyyətdir.
Yeni Məscid ətrafında Validə Sultan Türbəsi, Səbil, Misir Bazarı arastası var. Məscidin memarlıq üslubu, günbəzdəki yüksəklik vurğusu və yan cəbhə aşırımıdır.
Vəqflər Baş İdarəsi tərəfindən məscid və əlavələrində hazırda bərpa işləri aparılır.