Yetkinlik yaşı — qanunla şəxsin tam fəaliyyət qabiliyyətli hesab olunduğu yaş. Yetkinlik yaşına çatmayanlar həmin andan sonra artıq öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilirlər, eləcə də himayəçiliyə və valideynlərinin onların hərəkətlərinə görə hüquqi məsuliyyətinə xitam verilmiş olur. Əksər dövlətlərdə yetkinlik yaşı 18 yaşdır. Yetkinlik yaşı şəxsin psixi pozuntusu və cinsi inkişafı ilə əlaqədar deyil.
Yetkinlik yaşı keçid dövrü, cinsi əlaqədə olmaq yaşı, nikah yaşı, məktəbi bitirmək yaşı, alkoqollu içkilər qəbul etmək, nəqliyyat vasitəsini idarə etmək, səsvermə yaşı, tütün məmulatlarından istifadə, qumar yaşı və s. ilə qarışdırılmamalıdır. Onların hər biri ayrılıqda müəyyən edilir.
Şəxs yetkinlik yaşına çatsa da, yaş məhdudiyyətinə məruz qala bilər: məsələn, seçkili və təyinatlı vəzifələrdə belə məhdudiyyət tətbiq edilir.
Yetkinlik yaşı bəzən lisenziya yaşı ilə qarışdırılır.[1] Hüquq termini kimi "lisenziya" "icazə" mənasını verir və qanunla müəyyən hüquq və imtiyazları əhatə edir. Odur ki, lisenziya yaşı şəxsin müəyyən fəaliyyətlə məşğul olması üçün dövlət orqanlarından icazə almağa imkan verən müddəti ehtiva edir. Başqa sözlə, yetkinlik yaşı şəxsin yetkin olmasının dövlət tərəfindən tanınmasıdır.[2]
Bir çox dövlətlərdə yetkinlik yaşına çatmayanlar emansipasiya olunur: yurisdiksiyadan asılı olaraq, bu, nikah, iqtisadi cəhətdən özünü təmin etmək, elmi dərəcə və ya diplom almaqla və ya hərbi xidmətdə iştirak etməklə mümkündür. ABŞ-nin bütün ştatlarında emansipasiyanın müəyyən formaları tanınır.[3]
Müvafiq siyahı dövlətlərdə aşağı həddən başlayaraq yüksək həddə qədər yetkinlik yaşını göstərir: