Yolqulular — Azərbaycan Respublikasının Goranboy rayonunun Yolqulular kənd inzibati ərazi dairəsində kənd.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Yolqulular kəndi Xoylu kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yolqulular kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Yolqulular | |
---|---|
40°37′32″ şm. e. 46°30′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsi yolqulular nəslinin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanmışdır.[3]
Kənd Kürəkçayın sahilində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 775 nəfər əhali yaşayır.[4]
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |