. Love.az

Yonca Taxtabitisi - Wikipedia - Love.az

Ana Səhifə - Yonca Taxtabitisi

Yonca taxtabitisi (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.

Yonca taxtabitisi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Mündəricat

  • 1 Biologiyası
  • 2 Yayılması
  • 3 Həmçinin bax
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar

Biologiyası

redaktə

Yonca taxtabitisi Miridae fəsiləsinə mənsubdur. Bu zərərvericinin rəngi açıq yaşıl və ya bozumtul – yaşıldır. Erkək fərdlərdə bu rəng bir qədər tutqun olur. Belin qabaq hissəsi üzərində iki dənə qara nöqtə vardır. Qalxancığın üzərində bir – birinə paralel iki tutqun xətt gedir. Başı üçbucaq şəklində olub parlaqdır. Bığcıqları 4 buğumludur. Uzuluğu 7,5 – 9 mm – dir. Sürfələri I və II yaşda göyümtül boz olur. III yaş sürfələrin rəngi açıq göy olub, bədənin üzərində çoxlu kiçik tutqun nöqtələr olur. IV yaşda bədənin yan tərəfində ağımtıl haşiyə şəklində qanadlar əmələ gəlməyə başlayır. V yaş sürfələrdə qanad böyüyür, bığcıqlar tündləşir. Yonca taxtabitisi başlıca olaraq, yumurta mərhələsində qışlayır. Yazda hava istiləşdikdə qışlayan yumurtalar inkişaf etməyə başlayır. Yumurtadan çıxmış sürfənin yetkin mərhələyə qədər inkişaf dövrü 25 – 30 ün çəkir. May ayında yetkin hala keçmiş birinci nəsil taxtabitilər yumurta qoymağa başlayır. Bu yumurtaların inkişafı daha isti dövrə düşdüyü üçün (iyun və iyul ayları) 8 – 12 gün ərzində inkişaf edir və çıxan sürfələr qidalanaraq yetkin formaya keçir. Payızda qoyulan yumurtalar isə qışı keçirib yaza qədər qalır. Azərbaycan şəraitində yonca taxtabitisinin aprel ayından başlayaraq oktyabr ayına qədər 5 – dən az olmayaraq nəsil verməsi ehtimal olunur[1]. Dişi yonca taxtabitisi öz yumurtalarını cavan bitki toxumalarına, hələ bərkiməmiş gövdəyə qoyur, qışlayan yumurtalar isə bitki gövdəsinin aşağı hissələrinə qoyulur. Hər bir gövdə üzərinə 10 – dan 20 – yə qədər yumurta qoyulur. Yumurta qoyulmuş cavan gövdələr bəzən təmamilə tələf olur və ya dəyişilərək eybəcər şəkil alır. Digər bitkilər – qara yonca, xaşa, gülül, pambıq yonca taxtabitisi tərəfindən zədələnir.

Yayılması

redaktə

Azərbaycanın düzən, dağətəyi və dağlıq rayonlarının hər yerində müşahidə olunaraq geniş yayılmışdır.

Həmçinin bax

redaktə
  • Çuğundur taxtabitisi
  • Taxıl taxtabitisi
  • Çəmən taxtabitisi

Ədəbiyyat

redaktə
  • Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42

İstinadlar

redaktə
  1. ↑ Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yonca_taxtabitisi&oldid=7621714"
LOVE.AZ