. Love.az

Yumsaqiyneyarpaqli Sam - Wikipedia - Love.az

Ana Səhifə - Yumsaqiyneyarpaqli Sam

Yumşaqiynəyarpaqlı şam (lat. Pinus muricata) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Yumşaqiynəyarpaqlı şam
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Yumşaqiynəyarpaqlı şam
Beynəlxalq elmi adı
  • Pinus muricata D.Don, 1836
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183359
NCBI  164245
EOL  991103

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Sinonimləri
    • 4.1 Heterotipik sinonimləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Arealı

redaktə

Kaliforniya və Sakit okean sahillərində, qumluqlarda, bataqlıq yerlərdə, dağ ətəyində dəniz səviyyəsindən 600–900 m hündürlükdə, seyrək ağacları olan kiçik qruplar əmələ gətirir.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 12–25 m, gövdəsinin diametri 40-90 sm, qabığının qalınlığı 15 sm-ə qədər olur. Gövdənin bünövrəsində qeyri-bərabər dərin şırımlar vardır, məhkəm qabıqlı, qırmızı-qonur rənglidir. Budaqları qalın, şaxələnmiş, enli, hamar-yumru çətir əmələ gətirir. Zoğları narıncı-yaşıl, çılpaq, bir neçə buğumarası, xırda yarpaqları vardır. Tumurcuqları silindrik, tündqonurdur. İynəyarpaqları möhkəm, cod, tünd-yaşıl, uzunluğu 10-15 sm-dir. Alt tərəfi hamardır, nazik dişli, ucu biz şəkilli, dəstədə 2 ədəd olub, budaqların uclarında yığılmışdır. Oturaq qozaları yumurtavarı və ya enli-oval, parlaq, bozumtul-qonur olub, uzunluğu 5-7 sm, eni 3-4 sm-dir, 3-7 ədədi birlikdə yerləşir, aşağı tərəfə əyilir. Toxum qabıqları qozanın üst tərəfində qabarıq, bozumtul-qonur qalxanlı, düz və ya əyilmiş mahmızlıdır, içəri tərəfində toxum qabıqları hamar, ucu elastikdir. Toxumları yumru-üçbucaq, tünd-qonur, uzun qanadlıdır, uzunluğu 6 mm-dir.

Toxum verməyə tez başlayır, çox miqdarda qoza verir, təbii əkinlərdə yaxşı bərpa olunur, çox davamlıdır. Toxumlarla çoxalır. Oduncağı möhkəm, kobud, lifli, açıq-qonur olub, tikinti işlərində istifadə edilir. Qumlu dəniz sahillərinin yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür.

Azərbaycanda yayılması

redaktə

Abşeron yarımadasında yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Pinus edgariana Hartw.
  • Pinus muricata subsp. anthonyi (Lemmon) A.E.Murray
  • Pinus muricata var. anthonyi Lemmon
  • Pinus muricata var. borealis Axelrod ex Farjon
  • Pinus muricata subsp. borealis (Axelrod ex Farjon) Silba
  • Pinus muricata f. remorata (H.Mason) Hoover
  • Pinus muricata subsp. remorata (H.Mason) A.E.Murray
  • Pinus muricata var. remorata (H.Mason) Silba
  • Pinus muricata var. stantonii Axelrod ex Farjon
  • Pinus muricata subsp. stantonii (Axelrod ex Farjon) Axelrod ex Silba
  • Pinus remorata H.Mason

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yumşaqiynəyarpaqlı_şam&oldid=8117529"
LOVE.AZ