Yunus Akgün (7 iyul 2000[1], Küçükçekmece, İstanbul ili) — Super Liqada Türkiyənin "Qalatasaray" klubunda cinah yarımmüdafiəçisi kimi çıxış edən türk peşəkar futbolçu.
Yunus Akgün | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
türk. Yunus Akgün | |||||||||||||||||||||||||||||||||||||||||||
![]() | |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 7 iyul 2000(2000-07-07)[1] (24 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1,73 m | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sol | ||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||
Klub |
![]() |
||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 11 | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
Akgün futbol karyerasına 2011-ci ildə Qalatasaray gənclər akademiyasına qatılaraq başlayıb. O, "Qalatasaray"da peşəkar debütünü 2018-ci il avqustun 5-də Türkiyə Super Kubokunda "Akhisar Bələdiyyəspor"a qarşı keçirilən və penaltilər seriyası nəticəsində 1–1 (5–4) hesabı ilə uduzduğu matçda edib.[2]
Akgün 29 yanvar 2019-cu ildə "Boluspor"la keçirilən Türkiyə Kuboku matçında het-trik edib və 4:1 hesabı ilə qalib gəlib.[3]
2020-2021 mövsümünün əvvəlindən etibarən Yunus 2 il ərzində icarə çərçivəsində Adana Dəmirsporda çıxış etdi.[4] Şimşəklərin heyətində 70 oyun keçirən Akgün 16 qol və 20 məhsuldar ötürməyə imza atdı.[5]
Qalatasaraya qayıdandan bir il sonra 2023-cü ildə İngiltərənin Lester Siti komandası Yunusu icarəyə götürdü. O, 29 görüşdə 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldı. Mövsüm bitəndən sonra Qalatasaraya geri döndü.[5]
Kərəm Aktürkoğlunun Portuqaliyanın Benfika və Tetenin Yunanıstanın Panatinaikos klublarına keçidlərindən sonra Yunus Akgün komandanın əsas heyətində özünə yer tapmağa başladı.[6] 2023-2024 mövsümündə bütün turnirlərdə 23 oyuna çıxan Yunus 10 qol və 6 məhsuldar ötürmə ilə komandanın liderlərindən birinə çevrilib.
O, 2017-ci ildə UEFA U-17 Avropa Çempionatında[7] və 2017-ci ildə FIFA U-17 Dünya Kubokunda Türkiyə U-17-ni təmsil edib.[8] 2022-ci ildə Türkiyə yığmasının heyətində debüt edən Yunus bugünə qədər 14 görüşdə iştirak edib və 2 qola imzasını atıb.[9]