Yurakare dili (və ya Yurakar, Yurukare, Yuruyure, Yuruyare) — ölü dilə çevrilmək üzrə olan Boliviya dili. Yurakare dili mərkəzi Boliviyanın Koçabamba və Beni departamentlərində yayılmış, Yurakare xalqı tərəfindən danışılan, təcrid olunmuş dildir.
Yurakare dili | |
---|---|
Orijinal adı | Yuracaré |
Ölkə |
![]() |
Region |
![]() |
Danışanların ümumi sayı | 2.700 nəfər |
Təsnifatı | |
Kateqoriya | Cənubi Amerika dilləri |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | yuz |
Dilin strukturlarının dünya atlası | yrc |
Atlas of the World’s Languages in Danger | 667 |
Ethnologue | yuz |
ELCat | 1634 |
IETF | yuz |
Glottolog | yura1255 |
2004-cü ilin məlumatına görə bu dildə təxminən 2700 nəfər danışır. Gənc nəsil bu dili öyrənmədiyindən danışanlarının sayı getdikdə azalır[1] (bax: Ölü dillər).
Yurakare dili de İa Sueva (Adam 1893) adlı missioner əlyazmasına əsaslanan qrammatika ilə sənədləşdirilmişdir. Bu dil hazırda Rik van Qiyn tərəfindən öyrənilir. Təhlükə Altında Olan Dillər Fondu 2005-ci ildəki Yurakare-İspan / İspan-Yurakare lüğəti layihəsinə görə mükafatlandırılmışdır.
Suarezin (1977) fikrincə Yurakare dili ilə Çimane dili, Pano-Takona dilləri, Aravaka dilləri, Çona dilləri ilə əlaqəsi vardır. Onun ilkin təklifi Makro-Panoa idi.