Yuri Koçelayevski Petroviç (rus. Юрий Петрович Кочелаевский; d. 3 iyun 1920, Bakı, Azərbaycan – ö. 27 oktyabr 1970, Sankt-Peterburq) — baş leytenant, Sovet İttifaqı Qəhrəmanı (31 may 1944)
Yuri Koçelayevski | |
---|---|
rus. Юрий Петрович Кочелаевский | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Rütbəsi |
baş leytenant polkovnik |
Təltifləri |
![]() ![]() |
Yuri Koçelayevski 3 iyun 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. Milliyətcə rusdur.
Hərbi Dəniz Təyyarəçilik Məktəbini bitirmişdir.
Baş leytenant, şturman Yuri Koçelayevski faşist işğalçılarına qarşı mərdliklə vuruşmuş, 127 döyüş uçuşu keçirmiş, 7 gəmi, 1 tanker və 1 müharibə gəmisini batırmışdır. Göstərdiyi igidliyə görə 31 may 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Yuri Koçelayevski 27 oktyabr 1970-ci ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.