. Love.az

Yusif - Wikipedia - Love.az

Ana Səhifə - Yusif
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Yusif (ad).

Yusif (ivr. יוסף. ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562[1], Haran[d][5] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452[2], Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir.

Yusif
ivr. ‏יוסף‏‎
Doğum tarixi ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562[1]
Doğum yeri
  • Haran[d][5]
Vəfat tarixi ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452[2]
Vəfat yeri
  • Qədim Misir, Misir
Dəfn yeri
  • Yusifin qəbri[d]
Həyat yoldaşı
  • Asenaf[d]
Uşaqları
  • Manassiya[d][3],
  • Efrayim[d][4]
Atası Yaqub
Anası Rəhilə
Fəaliyyəti dövlət qulluqçusu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yusifin hekayəsi İbranicə Tövratda da var və ola bilsin ki, Quranın müəllifi İbranicə yazılardan çox təsirlənib.

Yusifin məzarı Nablusda (İbranicə: şxem) yerləşir və Fələstin ərazisinin dərinliklərində yerləşdiyi üçün onu ziyarət etməyə İsrail Polisi və IDF ilə razılaşdırılaraq icazə verilir.[6]

Mündəricat

  • 1 Həyatı
  • 2 Osarsif
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu.[7]

Yusifin oğulları Menaşşe və Efrayim İsrailin 12 qəbiləsini təşkil edən qəbilələrin bir hissəsidir.

Osarsif

redaktə

Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.[8]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Kantor M. The Jewish Time Line Encyclopedia, New Updated Edition (ing.). 2004. P. 18. ISBN 978-0-87668-229-6
  2. ↑ 1 2 Kantor M. The Jewish Time Line Encyclopedia, New Updated Edition (ing.). 2004. P. 25. ISBN 978-0-87668-229-6
  3. ↑ 51 // Genesis, בְּרֵאשִׁית, Första Moseboken (q.-ivr.).
  4. ↑ 52 // Genesis, בְּרֵאשִׁית, Första Moseboken (q.-ivr.).
  5. ↑ 1 2 Freebase Data Dumps. Google.
  6. ↑ "מנהלת קבר יוסף | שכם | אלעזר ואיתמר". kever yosef (ivrit). İstifadə tarixi: 2025-04-20.
  7. ↑ Jastrow, Marcus. A dictionary of the Targumim, the Talmud Babli and Yerushalmi, and the Midrashic literature. 1. London: Luzac & Co. 1903.
  8. ↑ Louis H. Feldman. Josephus's interpretation of the Bible. University of California Press. 1998. səh. 837.

Xarici keçidlər

redaktə
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif&oldid=8122011"
LOVE.AZ