. Love.az

Yusif Xan Sair - Wikipedia - Love.az

Ana Səhifə - Yusif Xan Sair
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Yusif xan.

Yusif xan (?-1625) — Şirvan bəylərbəyi, şair.

Yusif xan
Astrabad bəylərbəyliyi
Vəzifədədir
1604-cü ildən
ƏvvəlkiHüseyin xan Ziyadoğlu Qacar
SonrakıFirudin xan Çərkəz
Ov ustası (mir şikar başi)
1609 – 1610
ƏvvəlkiƏli bəy Ustaclı
SonrakıFərhad bəy Çərkəz
Şamaxı bəylərbəyliyi
1610 – ?
ƏvvəlkiZülfiqar Qaramanlı
SonrakıAllahverdi xan
Şirvan bəylərbəyliyi
1610 – 1624
ƏvvəlkiZülfiqar Qaramanlı
SonrakıQazaq xan Çərkəz
Şəxsi məlumatlar
Vəfat tarixi 1625
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti şair
Dini İslam
Rütbəsi general

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Mənbə
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Yusif xan qulam qvardiyasından çıxan sahibmənsəblərdən idi. Qızılbaş olmasa da, Səfəvi sərkərdəsi təyin olunmuşdu. I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində quşçu, mirşikar (ovçubaşı) vəzifələrinə təyin edilmişdi.

Yusif xan şahın nəzərində ucalmış, 1604-cü ildə Astrabad valisi, 1611-ci ildə Şirvan bəylərbəyi təyin edilmişdi.

Yusif xan 1625-ci ildə gürcü Mirav (Georgi Saakadze) tərəfindən Qaraçaqay xanla bərabər öldürüldü.

Yusif xan şair idi. Azərbaycan və fars dillərində incə təbli şeirlər yazırdı. O, Şirvanda yaşayarkən sarayına bir çox şairlər cəlb etmişdi. Müşairələr təşkil edirdi. Özü vəziri Molla Həsən, Niyazi Ərəqi, Ərəşli Kəsbi və başqaları ilə deyişmişdi.

Yaradıcılığı

redaktə

Şirvandan əgər nifrət edib olsan dur,
Məzuri-sənin ey mərdi-məanəd məzur.
Şirvan dediyin mətlə xurşidi-dirəd,
Xurşid şüaində olur şəbpərəx kur.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Qulam qvardiyasından seçkinlər, "Soy" dərgisi, 3 (35), 2010.

Həmçinin bax

redaktə
  • Şirvan bəylərbəyliyi
  • I Şah Abbas Səfəvi

İstinadlar

redaktə
  Vikimənbədə Müəllif:Yusif xan (şair) ilə əlaqəli mətnlər var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yusif_xan_(şair)&oldid=6904519"
LOVE.AZ