Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd.[2]
Yuxarı Körpülü | |
---|---|
![]() | |
41°13′07″ şm. e. 44°55′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 600 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Azərbaycan dili |
Xəritəni göstər/gizlə
| |
![]() |
Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün kənd Körpülü adlandırılmışdır. "Yuxarı" fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. "Tiflisskie vedomosti" qəzetinin 1830-cu il 3 sentyabr tarixli buraxılışında "Qırmızı körpü" adlı məqalədə Körpülü kəndinin tarixinə toxunulur. Məqalə bir şəxs tərəfindən Qafqaza edilmiş səyahətin 4 oktyabr 1828-ci il tarixli qeydləri əsasında yazılmışdır. Məqalədə 16-cı əsrin ortalarında gürcü çarı Rostomun sifarişi ilə Pompeyin dövründə tikildiyi ehtimal olunan və hazırda tamamilə dağılmış "Qız -Qalası" körpüsünün yenidən tikintisi üçün İrandan məşhur memarın dəvət edildiyi, körpünün inşası üçün ərtafdakı Qazax və Borçalı qəzalarından bir neçə ailənin tikinti gedən əraziyə köçürüldüyü və onların həmin ərazidə kənd salaraq tikdikləri körpünün şərəfinə kəndin adını "Körpülü" qoyduqları, daha sonra isə kəndin Dağ Borçalıya köçdükləri qeyd olunur.
Keçəl təpə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur. Burada 1926-cı ildə 14 nəfər azərbaycanlı yaşamışdır.[3] 1930-cu ildə yaşayış məntəqəsi kimi ləğv edilmişdir.
Toponim "ot bitməyən", "çılpaq" mənasını bildirən keçəl sözü ilə[4] "kiçik dağ" mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlib, "çılpaq, otsuz, ot bitməyən təpə yanında olan qışlaq" mənasını bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1831-ci ildə 43 nəfər, 1886-cı ildə 361 nəfər, 1897-ci ildə 402 nəfər, 1908-ci ildə 440 nəfər, 1914-cü ildə 427 nəfər, 1916-cı ildə 792 nəfər azərbaycanlı yaşamışdır.[5]
1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir.
1922-ci ildə burada 523 nəfər, 1926-cı ildə 530 nəfər, 1931-ci ildə 630 nəfər,[5] 1987-ci ildə 2000 nəfər[6] azərbaycanlılar yaşamışdır.
1988-ci ildə azərbaycanlılar Ermənistan döyləti tərəfindən yenidən öz doğma kəndlərindən qovulmuşlar. İndi burada Şəmkir rayonunun Çənlibel kəndindən buraya 1988-ci ildə köçmüş ermənilər yaşayır.