. Love.az

Yuxari Qarasaqqal - Wikipedia - Love.az

Ana Səhifə - Yuxari Qarasaqqal
Bu adın digər istifadə formaları üçün bax: Qarasaqqal.

Yuxarı Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.

Yuxarı Qarasaqqal
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00

Mündəricat

  • 1 Tarixi
  • 2 İqtisadiyyatı
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

İqtisadiyyatı

redaktə

Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir.

Bunlardan əlavə toxuculuq çox yaxşı inkişaf etmişdir. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalcalar toxunurdu. Dəmirçilik, arıçılıq, taxta-şalban istehsalı, dərman bitkilərinin toplanıb təhvil verilməsi də əhalinin məşğuliyyət növlərindəndir.

Həmçinin bax

redaktə
  • Qarasaqqal sövməəsi

İstinadlar

redaktə
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yuxarı_Qarasaqqal&oldid=7364078"
LOVE.AZ