Zəfər tağı — Azərbaycannın paytaxtı Bakı şəhərində yerləşən Zəfər Parkında abidə. Abidə Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkın özü 8 Noyabr prospektində, Dənizkənarı Milli Parkın önündə yerləşir.
Zəfər tağı | |
---|---|
![]() | |
Ölkə |
![]() |
Şəhər | Bakı |
Yerləşir | Zəfər Parkı |
Eni | 22 m (148 ft) |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamıyla, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Parkının yaradılması qərara alınmışdı.[1]
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2024-cü ildə noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.[2][3][4]
Zəfər tağı Zəfər Parkın girişində, şəhərin mərkəzinə gedən iki yolun kəsişməsi yerdə yerləşir.[3] Zəfər Parkı isə, öz növbəsində, Bakı şəhərinin Xətai rayonunda,[5] 8 Noyabr prospekti tərəfdə,[3] Dənizkənarı Milli Parkın önündə yerləşir.[6]
44 günlük Vətən müharibəsinin rəmzi kimi, Zəfər tağının hündürlüyü 44 metr, eni 22 metr təşkil edir, 44 sütunu var.[3] Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını təsvir edir. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaratmaq üçündür.[7]