. Love.az

Zeherli Fizostiqma - Wikipedia - Love.az

Ana Səhifə - Zeherli Fizostiqma

Zəhərli fizostiqma (lat. Physostigma venenosum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin fizostiqma cinsinə aid bitki növü.

Zəhərli fizostiqma
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Paxlaçiçəklilər
Fəsilə:
Paxlakimilər
Yarımfəsilə:
Faboideae
Triba:
Phaseoleae
Yarımtriba:
Phaseolinae
Cins:
Fizostiqma
Növ:
Zəhərli fizostiqma
Beynəlxalq elmi adı
  • Physostigma venenosum Balf.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506263
NCBI  271807
EOL  645358

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Tərkibi və təsiri
    • 2.1 Dərman maddələri
    • 2.2 Farmakoterapevtik qrup
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Tropik lian olub, şişman silindrik gövdəsinin uzunluğu 15 m-ə qədərdir. Üçər mürəkkəb yarpaqlarının uzunluğu 7-15 sm, növbəli, yumurtavari, itiuclu və çılpaqdır. Çiçəkləri açıq-qırmızı, başı aşağı əyilmiş, boş, tük qələm və ya fırçalarının uzunluğu 15 sm, meyvəsi 10-18 sm uzunluğunda, tünd-qəhvəyi paxlameyvə olmaqla, 2-4 toxumludur.

Tərkibi və təsiri

redaktə

Toxumlarında indol qruplu alkaloidlər vardır. Başlıca olan alkaloid fizostiqminin (ezerin) miqdarı 1,5%-ə qədərdir. Fizostiqminin (ezerin) ilk vəziyyətə qayıtma qabiliyyətinə malikdir. Mioz (daraltma) qabiliyyətinə malik olmaqla gözdaxili təzyiqi aşağı salır. Atropinin antoqonistidir. Fizostiqminin (ezerin) salisilatı başlıca olaraq oftolmologiyada geniş şəkildə işlədilir. Bundan başqa bağırsaq iflicində, sidik yollarının sinir-əzələ xəstəliklərində işlədilir. "Kalabar paxlası" adlanan bu bitki olduqca zəhərlidir. Keçmişdə Afrika əsirləri bu bitkini "məhkum olunmuşların paxlası" və ya "ezera" adlandırırdılar. Ölüm hökmü verilənlərə bu bitkini dəmləyərək içirirdilər. Avropaya bu bitkinin toxumu 1850-ci ildə aparılmışdır.

Dərman maddələri

redaktə

Fizostiqminin (ezerin) salisilat göz damcısı, inyeksiyası 0,1%-dir. Antixolinestraza dərmandır.

Farmakoterapevtik qrup

redaktə

Antixolinestraza dərmandır.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zəhərli_fizostiqma&oldid=7698834"
LOVE.AZ