. Love.az

Zehmetabad Celilabad - Wikipedia - Love.az

Ana Səhifə - Zehmetabad Celilabad
Bu adın digər istifadə formaları üçün bax: Zəhmətabad.

Zəhmətabad — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun Kövüzbulaq kənd inzibati ərazi dairəsində kənd.[1]

Zəhmətabad
39°08′48″ şm. e. 48°17′15″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 559 (2009) nəfər
Xəritəni göstər/gizlə
Zəhmətabad xəritədə
Zəhmətabad
Zəhmətabad

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Tarixi

redaktə

Zəhmətabad kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonunun sərhədboyu (İran İslam Respublikası ilə) ərazisində yerləşir. Bu kənd ərazisində hündürlüyü 600-800 metr olan dağlarla əhatə olunmuşdur.Cənubda İran İslam Respublikası, Şimalda Soltankənd kəndi, qərbdə Kövüzbulaq kəndi, şərqdə Musalı kəndləri ilə həmsərhəddir. Bu kəndin ərazisində Respublikamızın sərhəd çayı olan Bolqarçay axır.[mənbə göstərilməlidir]

Toponimikası

redaktə

Zəhmətabad kəndinin Keçmiş adı Məhəmmədabad olmuşdur. Sovet hakimiyyəti dövründə kənd sakinləri yüksək əməksevər və zəhmətkeş olduqlarına görə kəndi Zəhmətabad adlandırmışlar.[2]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı əsas olaraq kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil əkinçilik əsasən dəmyə əkinçiliyidir və ən çox dənli (arpa,buğda) bitkilər yetişdirilir. İqtisadi əhəmiyyətli olan Bakı-Yardımılı magistral yolu bu kəndin ərazisində keçir.

Həmçinin bax

redaktə
  • Cəlilabad rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zəhmətabad_(Cəlilabad)&oldid=8046847"
LOVE.AZ