Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023) |
Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu – 23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976).
Zəminə Aslanova | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyun 1940(1940-06-20) |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyun 2019(2019-06-23) (79 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | pambıqçı |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir.[1] Kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur (1976). Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.[2]
Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir.[3]