Zahid Məmmədov (Zahid Fərrux oğlu Məmmədov; 31 mart 1965, Bakı) — Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, iqtisad elmləri doktoru, professor (üç ölkənin diplomuna sahibdir — RF, TC, AR)[1], Azərbaycan Respublikasının "Əməkdar müəllim"i[2].
Zahid Məmmədov | |
---|---|
Zahid Fərrux oğlu Məmmədov | |
Doğum tarixi | 31 mart 1965(1965-03-31) (60 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Maliyyə |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dövlət İqtisad Universiteti |
Alma-mater | Sankt-Peterburq dövlət iqtisad universiteti |
Təhsili | |
Tanınmış yetirmələri |
Ph.D Mustafa Abbasbəyli Ph.D Elxan Vəliyev |
Mükafatları |
![]() ![]() |
![]() |
Zahid Məmmədov 31 mart 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur (valideynləri Agdam r., Abdal- Gülablı kəndindən və Füzuli r., Kürmahmudlu kəndindədir). 1972–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin tam kursunu fərqlənmə ilə bitirib. 1979–1982-ci illərdə Bakı, Nizami rayonu, № 12 orta məktəbin komsomol komitəsinin katibi seçilmişdir. 1982-ci ildə D. Bünyatzadə adına Xalq Təsərrüfatı insitutunun maliyyə-kredit ixtisasına daxil olmuşdur. 1983–1985-ci illərdə SSRİ, RF Arxanqelsk vilayətində yerləşən hava hücümlarından müdafiə qoşunlarına bağlı hərbi həssədə xidmətdə bulunmuşdur. Hərbi xidmətdə hərbi hissənin komsomol komitəsinin katibi və radio stansiyanın rəisi vəzifəsində çalışıb.[3]
1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnsitutunun Bakı filialının "Maliyyə–Kredit" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.[4]. 1985–1987-ci illərdə D. Bünyatzadə adına Xalq Təsərrüfatı insitutunun ictimai peşə fakültəsinin hüqüqşünas şöbəsini btirmiş və ona hüqüqşunas ixtisası verilmişdir. 1990–1993-cü illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli aspirant kimi təhsil aldı.1994–1998-ci illərdə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetində Bankçılıq ixtisası üzrə dövlət təyinatlı-məqsədli doktoranturada təhsil aldı. 2003–2006-cı illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli iqtisad elmləri doktoru proqramı üzrə təhsil almışdır.
Vikianbarda Zahid Məmmədov ilə əlaqəli mediafayllar var. |