. Love.az

Zair Azqur - Wikipedia - Love.az

Ana Səhifə - Zair Azqur

Zair İsaakoviç Azqur (belar. Заір Ісаакавіч Азгур; 15 yanvar 1908[1], Zastadollie[d], Mogilyov quberniyası[d] – 18 fevral 1995, Minsk) — belorus heykəltəraşı. SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1973). Sosialist Əməyi Qəhrəmanı (1978).

Zair Azqur
belar. Заір Ісаакавіч Азгур
Doğum tarixi 15 yanvar 1908(1908-01-15)[1]
Doğum yeri
  • Zastadollie[d], Senno qəzası[d], Mogilyov quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 18 fevral 1995(1995-02-18) (87 yaşında)
Vəfat yeri
  • Minsk, Belarus
Dəfn yeri
  • Şərq qəbiristanlığı[d]
Fəaliyyəti heykəltaraş, rəssam, siyasətçi
Təhsili
  • İ. Repin adına Sankt-Peterburq İncəsənət Akademiyası[d] (–1928),
  • Kiyev Milli Rəssamlıq və Memarlıq Akademiyası[d] (–1929),
  • Tbilisi Dövlət Rəssamlıq Akademiyası
Janr heykəltaraşlıq
Üzvlüyü
  • SSRİ Rəssamlar İttifaqı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1978
"Lenin" ordeni — 1955 "Lenin" ordeni — 1978 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1940 "Qırmızı əmək bayrağı" ordeni — 1949 "Xalqlar dostluğu" ordeni — 1987 "Qırmızı ulduz" ordeni — 1943 1-ci dərəcəli "Vətən müharibəsi partizanına" medalı — 1948 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945 "Əmək veteranı" medalı — 1982 "Fransisk Skarina" medalı (Belarus) — 1992
2-ci dərəcəli "Stalin" mükafatı — 1946 2-ci dərəcəli "Stalin" mükafatı — 1948 SSRİ xalq rəssamı — 1973 Belorusiya SSR xalq rəssamı — 1944 Belorusiya SSR əməkdar incəsənət xadimi — 1939
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

redaktə

Zair Azqur 15 yanvar 1908-ci ildə Belorusun Molçanı kəndində anadan olub. 1925–1928-ci illərdə Leninqrad Rəssamlıq Akademiyasında, 1928–1929-cu illərdə Kiyev Rəssamlıq İnstitutunda 1929-cu ildə Tbilisi Rəssamlıq Akademiyasında təhsil almışdır. Belorus incəsənətində sosialist realizminin görkəmli nümayəndələrindən biridir. Əsasən portret-büst janrında işləmişdir. "N.F.Qastello" (1942), "M.F.Selnitski" (1943), "F.E.Dzerjinski" əsərlərinin müəllifidir. 1973-cü ildə SSRİ xalq rəssamı adı ilə, 1978-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunmuşdur. Zair Azqur 18 fevral 1995-ci ildə Minsk şəhərində vəfat etmişdir.

Təltif və mükatatları

redaktə
  • SSRİ xalq rəssamı (1973)
  • Sosialist Əməyi Qəhrəmanı (1978)
  • "Lenin" ordeni (1955, 1978)
  • "Oktyabr inqilabı" ordeni (1971)
  • "Xalqlar Dostluğu" ordeni (1943)
  • "Əmək veteranı" medalı (1982)
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (1946)
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı (1945)
  • Stalin mükafatı (1946, 1948)
  1. ↑ 1 2 Grove Art Online (ing.). / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 1998.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zair_Azqur&oldid=7014580"
LOVE.AZ